Podaqra zamanı böyrəklərin zədələnmələri
Podaqra zamanı böyrəklərdə baş verən patologiyalar solğun əlamətlərlə gedir.Bu zaman xəstələrdə baş verən dəyişikliklər aşağıdakı şəkildə özünü göstərir:
- sidik sindromu
- yüngül proteinuriya
- hematuriya
- leykosituriya
Xəstələrin anamnezində oynaq əlamətləri olmadıqda podaqra diaqnozu qoymaq çətinləşir.Xroniki urat nefropatiyası zamanı uratların böyük miqdarda çöküntüsündən fərqli olaraq qlomerulonefrit podaqra zamanı immun pozğunluqların baş verməsi ilə xarakterizə olunur.Belə hallarda digər əlamətlərlə də podaqraya diaqnozun qoyuluşu asanlaşır.Belə ki,podaqra zamanı böyrəklərin normal süzmə qabiliyyəti pozulduğuna görə bəzi xəstələrin qulaq seyvanında tofuflar əmələ gəlir.Bunlar hiperurikemiyanın aşkar edilməsi və gündəlik sidikdə sidik turşusunun ekskresiyasının azalması diaqnozunu dəqiqləşdirir.
Nefropatiyanın oynaq zədələnməsinin bir-neçə il qabaqlanmasını nəzərə almaq podoqratik artritin qarşısını alır.
Podaqranın böyrək zədələnməsinin ikinci əlaməti böyrəkdaşı xəstəliyidir.Bu zaman böyrək daşları əksər hallarda sancı ilə müşayət olunub,sidiklə xaric olur.Bəzən konkrementlər sidik axarını tutub anuriya əmələ gətirə bilir.Podaqra zamanı daşlar mütəmadi olaraq əmələ gəlir və əksər hallarda öz-özünə düşür.Bəzən hətta xəstələrdə böyrəklərin kəskin podaqrik iltihabı müşahidə olunur.Bu zaman bel nahiyyəsində kəskin ağrılar,yüksək hərarət,hematuriya baş verir,ancaq bu əlamətlər podaqra əleyhinə müalicədən sonra yox olub gedir.İntersistal podaqratik nefrit əksər hallarda pielonefritlə nəticələnir, xəstələrdə arterial təzyiq inkişaf edir və xəstələr müalicə olunmadıqda xroniki böyrək çatışmazlığından tələf olurlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Podaqra zamanı böyrəklərin zədələnmələri" haqqında müzakirə