Sistem qırmızı qurd eşənəyinin kliniki mənzərəsi

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 609
  • 0 rəy
Sistem qırmızı qurd eşənəyinin kliniki mənzərəsi
Xəstəliyin başlanması variantları müxtəlif ola bilir.Adətən xəstəlik müxtəlif sindromların kombinasiyası şəklində başlanır.Başlanğıcda ən çox rast gəlinən əlamətlər dərinin,oynaqların,seroz qişaların patologiyaları ilə birlikdə hərarətin olmasıdır.Əlamətlər aşağıdakı şəkildə meydana çıxır:
1 hərarət+poliartrit+dərinin trofik pozulmaları+tüklərin tökülməsi
2 hərarət+poliartrit+plevranın zədələnməsi
3 hərarət+dərinin trofik pozğunluqları+plevrit
Qırmızı qurd eşənəyinin ən zəif simptomlu gedişi nefrotik əlamətlərlə müşayət olunanıdır.
Müxtəlif orqanların patoloji prosesə cəlb olunması onların iltihabi zədələnmə simptomları ilə təzahür edir.Bu zaman xəstələrdə artrit,miokardit,perikardit,pnevmonit,qlomerulonefrit,polinevrit inkişaf edir, xəstələr getdikcə arıqlayır və bu da patologiyanın aktivliyini ifadə edir.Sistem qurd eşənəyi zamanı xəstələrdə dəri zədələnmələri baş verir ki,bu da özünü üzdə,boyunda,sinədə eritemalarla,dəridə xırda follikulların olması ilə biruzə verir.Dəridə yayılmış və ya ocaqlı tüktökülmələr qırmızı qurd eşənəyi xəstəliyi üçün xas olan əlamətlərdən sayılır.
Xəstəliyin gedişi aktivləşdikcə xəstələrdə dəri vaskulitimin müxtəlif təzahürləri peyda olur.Bunlara purpura,övrə,dırnaqətrafı və dırnaqaltı mikroinfarktlar aiddir.
Qırmızı qurd eşənəyi selikli qişaların,ağ ciyərlərin,böyrəklərin,sinir sisteminin zədələnmələrinə səbəb olur.Xəstələrdə Reyno sindromu meydana çıxır.
Xəstəliyə diaqnoz qoymaq üçün qanın,sidiyin ümumi analizləri,biokimyəvi,immunoloji müayinələr olunur və nəticələr xəstənin anamnezi ilə birlikdə analiz edilir.Diaqnozun qoyulmasında rentgenoloji müayinələrin və USM-in nəticələri də əsas götrürülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Sistem qırmızı qurd eşənəyinin kliniki mənzərəsi" haqqında müzakirə