QLOMERULONEFRİT
– yarımkəskin diffuz qlomerulonefrit
– kəskin diffuz qlomerulonefrit
– xroniki diffuz qlomerulonefrit
– ocaqlı nefrit
Qlomerulonefrit böyrək yumaqcıqları ilə yanaşı kanalcıqlar və intersistal toxumanın da zədələnməsi baş verir Buna görə də bu xəstəliyi nefrit adlandırırlar.
KƏSKİN DİFFUZ QLOMERULOHEFRİT
Bu xəstəlik qadınlara nisbətən kişilərdə daha çox rast gəlinən xəstəlik olub əsasən 40 yaşa qədər insanlarda təsadüf olunur.
Etiologiyası:Kəskin diffuz qlomerulonefrit adətən streptokokkların törətdiyi infeksion xəstəliklərdən sonra baş verir.
Bu xəstəliklərə angina, xroniki tonzillit,skarlatina,revmatizm,bakterial endokardit,kəskin respirator xəstəliklər,pnevmoniya, otit, dərinin streptokokk mənşəli xəstəlikləri aiddir.Kəskin qlomerulonefritin əmələ gəlməsində
streptokokklarda başqa mikroorqanizmlərin də böyük rolu var
Bu mikroorqanizmlərə stafilokokklar,pnevmokokklar,bəzi viruslar aiddir.Bəzən vaksinasiyalardan sonra da bu xəstəlik baş verə bilir.
Patogenzi: Xəstəliyin simptomları infeksiya orqanizmə daxil olandan 1-3 həftə sonra ortaya çıxır. Xəstəliyin patogenezi hal hazırda immun pozğunluqların olması ilə izah olunur.
Patoloji anatomiysı: Kəskin qlomerulonefrit zamanı böyrəyin ölçüləri normal yaxud da ödem nəticəcində böyümüş olur. Xəstəliyin ilkin mərhələsində mikroskopik müayinə zamanı böyrək yumaqcıqkarının ölçüləri böyümüş olur, onların hiperemiyası müşayət olunur. Sonralar yumaqcıqların işemiyası,yumaqcıqların kapilyarlarının divarının şişməsi , kapilyar ilgəklərinin trombozu, qansızmalar, ilgəklər arasındakıyumaqcıq kapsulasında pıxtalaşmış zülallı eksudatın olması nəzərə çarpır.
Xəstsliyin aşkar olunmasında ödem,hipertenzim və sidik sindromları mühüm rol oynayır. Xəstələrdə ümumi zəiflik. üzdə ödem, sutkalıq sidiyin azalması, sidiyin ət suyu rəngində olması
bədən çəkisinin artması, təngnəfəslik olur.Böyrəyin ölçüsünün artdığına görə bel nahiyyədə ağrilar baş verir.
Ağırlaşmaları:Kəskin qlomerulonefritin gedişi ürək çatmazlığına,eklampsiyaya, kəskin böyrək çatmazlığına səbəb ola bilər.
Diaqnozu müəyyən etmək üçün USM -dən,qanın , sidiyin analizlərindən,MRT -dan istifadə edilir.
Kəskin qlomerulonefrit çox vaxt sağalır,bəzi hallarda isə xroniki hala keçir.Ölüm halları yalnız xəstəlik ağırlaşanda baş verir.Belə xəstələr soyuqdəymədən qorunmalı,soyuq,rütubətli şəraitdə işləməməlidirlər.Bədəndə olan xroniki infeksiya mənbələri isə müalicə olunmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"QLOMERULONEFRİT" haqqında müzakirə