QANHAYXIRMA

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 5 432
  • 0 rəy

QANHAYXIRMA.
Hemotrzisin (qanhayxırma) əsas səbəblərindən biri pnevmoniya və ya digər ağ ciyər infeksiyaları, o cümlədən bronxoektazlardır. Pnevmoniya və kəskin bronxit nəticəsində meydana çıxan qanhayxırma müalicə ilə əlaqədar azalır. Heç bir səbəb olmadan baş verən qanhayxırmalar ağ ciyərin şiş xəstəlikləri zamanı baş verir. Belə qanaxmalar döş qəfəsinin rentgenoqramması, kompyuter tomoqrafioyası və bronxoskopiya kimi müayinələr tələb edir. Ağ ciyər embolizminin əmələ gətirdiyi ağ ciyər infarktında da həmçinin, qanhayxırma müşahidə edilir. Bu isə ağ ciyər infiltratı ilə müşayət olunur və çox nadir hallarda parenximada boşluq əmələ gətirir. Ağ ciyərin destuktiv vərəmi də qanhayxırma verir. Qanhayxırmaya mukovissidozda da rast gəlinir və kəskin olub həyat üçün təhlükə törədə bilir.
Müəyyən xəstəliklərdə də səbəbsiz yerə qəfildən və adətən azacıq qanhayxırma müşayət olunur. Bu adətən bronxların selikli qişalarında damar partlaması nəticəsində baş verir. Azacıq qanhayxırma ağız-udlaqdan stimulyasiya olunan öskürəkdən də baş verir. Ağ ciyər aspergillyozu və aspergilloma da həmçinin qanhayxırma verir. Arteriovenoz malfarmasiyalar qəfləti və həyat üçün təhlükəli qanhayxırma əmələ gətirə bilir.
Ümumuyyətlə qanhayxırma simptomu həyat üçün təhlükəlidir.
Hansı səbəbdən olursa olsun, qanhayxırmalar zamanı mütləq həkimə müraciət etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"QANHAYXIRMA" haqqında müzakirə