Kəskin abses və ağ ciyərlərin qanqrenası

  • Müəllif: redaktr
  • Tarix: 18 mart 2017
  • Baxış sayı: 6 673
  • 0 rəy

 Kəskin abses və ağ ciyərlərin qanqrenası
Ağ ciyərlərin kəskin absesi ağ ciyərlərin iltihabi - nekrotik zədələnməsi ilə müşayət olunan xəstəlikdir.Xəstəlik bakteriyalar tərəfindən törədilir və ağ ciyər toxumasını həyat əhəmiyyətli dərəcədə nekrozlaşması ilə nəticələnir.
Ağ ciyərlərin qanqrenası - irinli nekrotik toxumanın daha da dərinləşməsi və qanqrenaya çevrilməsi ilə müşayət olunan xəstəlikdir.
Ağ ciyərlərin absesi və qanqrenasına alakoqoldan çox istifadə edən orta yaşlı kişilərdə rast gəlinir.Aşağıdakı faktorlar ağ ciyər absesini əmələ gətirə bilir:
* ağ ciyərlərin xroniki xəstəlikləri
- xroniki obstruktiv bronxit
- bronxhektaziya
- bronxial astma
* pnevmoniya keçirən bəzi adamlar
- çoxlu spirtli içki qəbul edən adamlar
- narkomanlar
- AİDS xəstələri
* kəskin respirator virus xəstəlikləri
* şəkərli diabet xəstələri
* huşun itməsinə səbəb olan ağır kəllə-beyin travmaları
Xəstəlik kliniki morfoloji xüsusiyyətlərinə görə sadə,qanqrenoz,qrammənfi çöplərin səbəb olduğu,anareob mikroorqanizmlər və göbələklər tərəfindən törədilən növlərdə olurlar.
Kəskin abses və qanqrenanın yayılma dərəcəsinə görə aşağıdakı növləri var:
- ağ ciyərin bir tərəfli zədələnməsi ilə baş verən
- tək əmələ gələn abses
- coxsaylı abses
Ağ ciyərin absesi yayılma dərəcəsinə görə aşağıdakı növləri var:
- subtotal
- total
Ağ ciyər absesinin əmələ gəlməsinə səbəb olan mikroorqanizmlər:
- qrammüsbət kokklar
- Stafhylococcvus aureus
- Strptococcus pyogenes
Ağ ciyərin kəskin abses və qanqrenası zamanı xəstələrdə bəlğəmli,əzabverici öskürək olur.Öskürək ən çox səhərlər baş verir.Belə ki,xəstə öskürərək gecə ciyərlərə yığılıb qalmış qatı bəlğəmi çıxarmağa çalışır.Xəstələrdə boğulmalar,temperaturun qalxması,parenximalı orqanların funksiyalarında pozulmalar,yorğunluq,iştahanın azalması,anoreksiya baş verir.
Xəstəlik kliniki gedişinə uyğun olaraq aşağıdakı ağırlaşmalara səbəb ola bilir:
- serroz plevrit
- empiem plevrit
- pnevmotoraks
- torokal svişlər
- perikardit
- serroz
- qanhayxırma
- sepsis
- orqanlarda çatmamazlıq
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəskin abses və ağ ciyərlərin qanqrenası" haqqında müzakirə