Ağ ciyər absesinin kliniki şəkli
Ağciyər absesinin formalaşması prosesi 10-12 gün davam edir. Bu müddətdə xəstəliyin gedişi pnevmoniyanın gedişi kimi olur. Xəstəliyin ilkin dövrlərində xəstələrdə aşağıdakı ümumi əlamətlər olur:
- ümumi zəiflik
- əzginlik
- titrətmə
- az bəlğəmli öskürək
- qanhayxırma
- döş qəfəsində ağrı
- yüksək hərarət
Ağciyərlərdə az miqdar abses olduqda belə xəstələrədə intoksikasiya ilə şərtlənən təngnəfəslik müşahidə edilir. Xəstələrin ətraflarında zəif sianoz müşahidə edilir. Xroniki abses zamanı xəstələrin barmaqları baraban çubuğuna bənzəyir, xəstə uzandığı zaman məcburi olaraq zədələnmiş tərəfi üstündə uzanır. Qəflətən çoxlu miqdar (ağız dolusu) pis qoxulu bəlğəm ifrazı ağciyər absesinin deşilərək bronxa axması əlamətini bildirir. Bu zaman xəstələrdə yaxşılaşma və bədən hərarətinin enməsi qeyd edilir.
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji və laborator müayinələrin, bronxoskopiyanın nəticələri əsas götürülür.
Müalicə zamanı güclü antibiotiklərdən, vitaminlərdən, hormonal terapiyadan və s. istifdə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ağ ciyər absesinin kliniki şəkli" haqqında müzakirə