Trixomoniaz
Trixomoniazın törədicisi uşaqlıq yolu trixomonadasıdır.
Klinika:
Xəstəliyin inkubasion dovrü 5 gündən 1-4 həftəyə qədər davam edir. Davametmə müddətində görə aşağıdakı növləri ayırd edilir:
- təzə
- kəskin
- torpid (az simptomlu)
- xroniki (torpid gedişli xəstəliyin 2aydan çox davam etməsi)
- trixomonaddaşıyıcılıq (trixomonadların aşkar olunduğu şəraitdə obyektiv və subyektiv əlamətlər olmur).
Diaqnostikası:
Trixomoniazın diaqnostikası xəstəliyin kliniki təzahürlərinə və trixomonadın müəyyən edilməsinə əsaslanır.
Müalicə:
Trixomoniazlı xəstələrin müalicəsi cinsi partnyorların müalicəsi ilə birgə aparılmalıdır. Spesifik terapiya ilə yanaşı digər mikrofloraya təsir edən vasitələr də təyin olunur. Trioxmoniazın müalicəsində daha effektiv vasitə metronidazoldur (trixopol, metragil, flagil, klion, klion-D, fazijin, tiberal, naksodjin və s.). Dərmanların uzun müddət qəbul edilməsi və gigyena qaydalarına əməl olunması şərtdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Trixomoniaz" haqqında müzakirə