Sitomeqalovirus
Sitomeqaloviruslar herpes viruslarına aiddir.
Yoluxma ağız suyu, sidik, qan, servikal sekret, sperma, süd vasitəsi ilə baş verir. Xəstəlik uzun müddət gizli qala bilər.
Etiopatogenezi:
Xəstəliyin törədicisi virus Cytomegalovirus hominisdir.
Sitomeqalovirusun bir neçə forması mövcuddur:
*Anadangəlmə sitomeqalovirus
*Sitomeqalovirus infeksiyasının kəskin forması
*Xəstəliyin generalizə olunmuş forması
Adətən xəstəlik praktik olaraq simptomsuz keçir. Inkubasiya dövrü 20 gündən 60 günə qədər davam edir. Virus müxtəlif orqanların çoxsaylı zədələnmələrinə səbəb olur: qaraciyər toxuması, böyrəküstü vəz, dalaq, mədəaltı vəz, böyrəklər, göz damarları, bağırsaqlar, baş beyin, periferik sinirləri zədələyir, həmçinin pnevmoniya, artritlər, ensefalit törədir. Xəstəlik 2-6 həftə davam edir. Xəstəliyin klinik mənzərəsi mononukleoz, hepatit, miokardit, limfaqranulematoz, limfadenopatiyaya oxşardır.
Diaqnostikası:
Xəstəliyin diaqnozu klinik əlamətlərə, xüsusilə laborator müayinələrə əsasən qoyulur. Bioloji mayelərdə (qan, sidik, servikal sekret) mikroskopiyada sitomeqaliyalı hüceyrələr təyin olunur.
Müalicə:
Müalicə yalnız xəstəliyin anadangəlmə, kəskin və generalizə olunmuş formasında aparılmalıdır. Spesifik virus əleyhinə preparatlar effektiv deyil. Çünki onlar əlamətləri aradan qaldırsa da infeksiyanı müalicə etmir. Orqanizmin immun qabiliyyətini yaxşılaşdırmaq üçün timalin, T-aktivin, viferon, genferon, sikloferon, primavir, dekaris və digər preparatların tətbiqi məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sitomeqalovirus" haqqında müzakirə