Zöhrəvi limfaqranuloma

  • Müəllif: admin1
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 163 535
  • 0 rəy

Zöhrəvi limfaqranuloma
Zöhrəvi limfaqranuloma xlamidiyaların L1-L3 seroloji tipləri tərəfindən törədilir. Sinonimləri Nikol-Favr xəstəliyi, zöhrəvi rikketsioz, 4-cü zöhrəvi xəstəlikdir. Klinik gedişatında 3 mərhələ ayırd edilir:
1. İlkin əlamətlər. 
2. Limfa düyünlərinin zədələnməsi.
3. Növbəti ağır fəsadlar.
Xəstəlik inkubasion dövrdən (3 – 30 gün) sonra baş verir. Ilkin mərhələdə uşaqlıq yolunda, cinsiyyət dodaqlarında, nadir hallarda uşaqlıq boynunda papulalar, pustulalar, səthi xoralar əmələ gəlir. Paralel olaraq uretrit inkişaf edir. Ikinci mərhələdə limfa düyülərində abseslər aşkar edilə bilər. Üçüncü mərhələdə limfa düyünlərindən başqa digər ətraf toxumalarda da ağır destruktiv dəyişikliklər baş verir. Hətta retrovaginal fistulalar, uşaqlıq yolu və düz bağırsağın strikturaları baş verə bilər. Bu mərhələdə xəstəlik MSS-ə, dəri, ürək və digər orqanlara yayılır.
Diaqnostika:

Genital xlamidiozun diaqnostikası anamnestik məlumatlara əsaslanır. Diaqnoz uşaqlıq boynu kanalının qaşıntısı, uşaqlıq yolu, parauretral axacaqların ifrazatının müayinəsi ilə dəqiqləşdirilir.
Xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün bakterioskopik, birbaşa immunoflüoressensiya, immunferment analiz, polimeraza və lidaza zəncir reaksiyaları, DNT sınağı, kultural sınaqlardan istifadə olunur.
Müalicəsi:

Xəstəliyin xlamidiyalar tərəfindən törədildiyinə görə müalicə xlamidiya törədicilərinin məhvinə istiqamətlənmiş olur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Zöhrəvi limfaqranuloma" haqqında müzakirə