SÜZƏNƏK
Süzənək qonokokklar vasitəsilə törənən zöhrəvi xəstəlikdir. Bu xəstəlik cinsi aktiv yaş dövründə olan insanlara bir çox bəlalar gətirən xəstəlikdir. Süzənəyə adətən 21-40 yaşlarında olan qadınlar arasında rast gəlinir.
Süzənək əsasən cinsi yolla yoluxur. Qızların bu xəstəliyə yoluxması ana bətnində iinkişaf dövründə baş verir, yaxud döl doğuş yollarından keçərkən süzənəyə yoluxur. Xəstəliyin 4 forması ayırd edilir:
-sidik-cinsiyyət sisteminin aşağı şöbəsinin süzənəyi
-sidik-cinsiyyət sisteminin yuxarı sisteminin süzənəyi
-rektal süzənək
-metastatik süzənək
Qadınlarda əsasən xarici cinsiyyət üzvlərinin süzənəyinə rast gəlinir. Xəstəlik kliniki gedişinə görə kəskin və xroniki olur. Xəstəlik əsasən zəif kliniki gedişə malik olur, xroniki hala keçdikdə 2 aydan artıq davam edir.
Süzənək xəstəliyinə tutulmuş xəstələr tempraturun yüksəlməsindən, yoluxmuş nahiyədə ağrıların olmasından, cinsiyyət orqanından az qanllı ifrazatın gəlməsindən şikayət edirlər. Xəstələr qarının aşağı hissəsində gərginlikdən, cinsi əlaqədən sonra ağrıdan şikayətlənirlər.
DİAQNOZU: Xəstəliyin diaqnozu xəstə nahiyədən götürülmüş yaxmada qonokokkların tapılması ilə təsdiqlənir.
MÜALİCƏSİ: Süzənəyin müalicəsi antibakterial, immunostimuledici və yerli iltihab əleyhinə dərman preparatları ilə aparılır. Qızdırma dövründə xəstəyə yataq rejimi, pəhriz təyin edilir. Xəstəyə qarnının aşağısına buz qoymaq tövsiyyə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"SÜZƏNƏK" haqqında müzakirə