
Süzənək uretriti
Süzənək uretriti.
Bu, 71-96% hallarda süzənəkli xəstələrdə qeyd olunur və daha çox doğmamış qadınlarda rast gəlinir. Xəstəliyin inkubasiya dövrü 3-5 gündən 3-4 həftəyə qədər davam edir.
Klinika:
Təzə süzənək uretritli xəstələrin əksəriyyətində zəif klinik şəkildə keçir: uretrada xoşagəlməz hallar, yanğı hissi, cüzi ağrılar qeyd olunur. Xəstəliyin bu formasında dizurik hallar aparıcı simptom hesab edilir. Tez-tez ağrılı sidik ifrazı zamanı sancılar sidik kisəsində iltihabi prosesin olmasından xəbər verir. Uretranın selikli qişası hiperemiləşir, şişkinləşir, uretranın xarici dəliyinədn irinəbənzər ifrazat gəlir.
Diaqnostika:
Diaqnozun qoyulması üçün uretranın möhtəviyyatı öyrənilir. Bunun üçün uretradan zondla irin damcısı götürülür. Bakterioskopik müayinə ilə yanaşı bakterioloji müayinə də aparılır.
Müalicə:
Süzənəyin növündən asılı olmayaraq kompleks müalicə – antibakterial, immunstimuləedici və yerli iltihabi prosesi aradan qaldırmaq üçün preparatlar tətbiq olunur.
Yerli müalicə kəskin süzənəkdə əks göstərişdir. Süzənək uretritində uretra son sidik ifrazından 1 saat sonra kalium-permanqanat məhlulu ilə yuyulur. Bundan sonra uretraya protarqol məhlulu yeridilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Süzənək uretriti" haqqında müzakirə