Uşaqlıqdan kənar hamiləlik

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 155
  • 0 rəy

Uşaqlıqdan kənar hamiləlik.
Ümumi məlumat:
Yumurtahüceyrə spermatozoidlə mayalandıqdan sonra uşaqlığa düşür və onun divarına bitişir ki, burada da dölün inkişafı baş verir. Uşaqlıqdan kənar hamiləlikdə mayalanmış yumurtahüceyrə uşaqlıq borusuna bitişir, nadir hallarda bu proses yumurtalıqda, bəzən isə qarın boşluğunda baş verir. Ən çox 25 – 30 yaşlarda rast gəlinir.
Səbəbləri:
-uşaqlıq borularında iltihab, bu zaman onun divarı normadan fərqli olaraq yığılmır, buna görə də mayalanmış yumurtahüceyrə uşaqlığa keçə bilmir. Ən çox rast gəlinən səbəbi budur:
– qarındakı bitişmələr – yumurtalıq boruları qonşu orqanlara bitişir, bu da yumurtahüceyrənin hərəkətinə mane olur.
– hormonal və iltihabi xəstəliklər zamanı yumurtalıqların işinin pozuıması
– cinsiyyət sisteminin inkişafdan qalması, bu da yumurtalıqların funksiyalarını zəiflədir
– tez-tez baş verən abortlar
– uşaqlıq borularının endometriozu – uşaqlığın selikli qişası pozulur, buna görə də usaqlıq borularının mənfəzi tutulur, bu da onların keçiriciliyini pozur
– uşaqlıq və uşaqlıq borularının şişləri
– bağırsaqların, sidik kisəsinin, appendiksin iltihabı
Əlamətləri:
Bu zaman hamiləliyə xas əlamətlər baş verir, lakin 5-6 həftədən çox çəkmir. Aybaşı dayanır, süd vəziləri böyüyür, onlarda molozivo xaric olur, ürəkbulanma, qusma olur. Hamiləlik testi müsbət olur. Normal hamiləlikdən fərqləndirmək çox çətindir, ancaq ginekoloq müayinə zamanı aşkar edə bilər.
Ağırlaşmaları:
Əsas ağırlaşması hamiləliyin özbaşına kəsilməsidir. Bu vəziyyət qəflətən baş verir, qadının vəziyyəti birdən pisləşir, onun ölümünə səbəb ola bilər. Ən təhlükəli variant uşaqlıq borusunun partlamasıdır ki, bu da çox vaxt defekasiya, fiziki iş zamanı baş verə bilər. Bu zaman qadın qarnın aşağı hissəsində güclü ağrı hiss edir, dərisi solğunlaşır, onu soyuq tər basır. Arterial təzyiq aşağı düşür, çoxlu qan itirmədən qadın huşunu itirir. Boru abortunda boru partlayır, qadınlarda tutma şəkilli ağrılar, uşaqlıq yoluna az miqdar qanaxmalar olur. Bunun nəticəsində tədricən uşaqlığa qan toplanır, bu da qadının solğunlaşmasına, zəifliyinə gətirib çıxarır.
Siz nə edə bilərsiniz:
Sərbəst müəyyən edə biməzsiniz. Əgər test müsbətdirsə mütləq həkimə müraciət edin.
Həkim nə edə bilər:
Müalicəsi ancaq cərrahi yolladır. Diaqnoz USM vasitəsilə aşkar edilir. Xəstə dərhal stasionara yerləşdirilir və əməliyyata hazırlanır. Əməliyyat bu zaman təxirəsalınmaz, 30-40 dəqiqə müddətində aparılır, bu zaman uşaqlıq borusu tamamilə aradan götürülür. Bu zaman qadına qan və qanəvəzedicilər köçürülür.
Proqnozu:
Əməliyyat vaxtında aparılarsa yaxşıdır. Demək olar ki, qadınlarin yarısndan çoxunda iltihab baş verərsə təkrar bu hala rast gəlmək olar. Buna görə də də ginekoloq reabilitasiya müalicəsi təyin edir:
– Əməliyyatdan 5 gün sonra uşaqlıqdan məhlullar yeridilərək uşaqlıq boruları yuyulur. Kurs müalicə 2 həftə çəkir, ultrasəslə müalicə aparılır
– 2, sonra 3 – 4 ay sonra kurs təkrarlanır, induktotermiya, fermentlər, biostimulyatorlar təyin olunur
– Sonra isə ozokeritlə, müalicəvi palçıqla müalicə sona çatdırılır

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlıqdan kənar hamiləlik" haqqında müzakirə