Ovulyasiya , ovulyasiya günü və onun təyini.

  • Müəllif: elnare
  • Tarix: 5 mart 2017
  • Baxış sayı: 10 207
  • 0 rəy

Ovulyasiya , ovulyasiya günü və onun təyini.
Ovulyasiya qadınlarda yumurtahüceyrənin mayalanmaya hazır olması vəziyyətinə gəlməsidir. Ovulyasiya iki aybaşı arasındakı zamanın orta hissəsində qalan vaxta təsadüf edir. Aybaşının 28-30 gündən bir baş verməsi prossesini nəzərə alarsaq ovulyasiyanın aybaşı qurtardıqdan 14 gün sonra başlayacağını qeyd etmək lazım gəlir. Bu zaman yumurtahüceyrə tam yetişir və mayalanmaya hazır vəziyyədə olur. Bu zaman uşaqlığın divarı qalılaşmağa başlyır. Mayalanmış yumurtahüceyrə, sperma ilə mayalandıqda isə hamiləlik baş verir. Hamilliyin baş verməsi üçün yumurtahüceyrədə formalaşmış fermentlər uşaqlıq borusuna düşür və orada spermalarla mayalanır. Ovulyasiya zamanı yumurtahüceyrənin artıb çoxlması prosesi 24-48 saat ərzində baş verir. Mayalanmış yumurtahüyeyrə isə uşaqlıq borusundan uşaqlığa daxil olur və hamiləlik başlayır.
Qadınlarda ovulyasiyanın baş verməsini qanın analizi vasitəsilə müəəyən etmək mümkün olur. Bu zaman estrogen hormonunun çoxalması ovulyasiyanın baş verməsini bildirir. Ovulyasiyanın baş verməsini bədənin hərarətinin yüksəlməsi vasitəsilə də aydınlaşdırmaq mümükün olur. Bunu müəyyən etmək üçün düz bağırsağa termometr qoyulur və bədənin hərarəti ölçülür. Hərarətin 0,1-1,0 arasında dəyişməsi ovuyasiya prosesinin baş verdiyini bildirir.
Ovulyasiyanın baş verməsi qadın orqanizmi üçün vacib hesab edilən prosesdir. Onun baş vermədiyi halda qadının hamilə qalması mümkün olmur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ovulyasiya , ovulyasiya günü və onun təyini." haqqında müzakirə