Dölyanı maye
Dölyanı maye – amnion maye.
Bu maye dölü əhatə edən mayedir və amnion maye adlanır. Amnion maye xaricdən qişalarla əhatə olunmuşdur. Həmin qişa 2 hissədən ibarətdir.
– daxili qat – döləbaxan qat
– xarici qat – uşaqlığa baxan və ya uşaqlığa bitişən qat.
Dölü əhatə edən qişa kisəyə oxşayır. Uşaqlığa baxan səthin bir hissəsi, ciftin daxili səthinə bitişir və göbək ciyəsini əhatə edir. Amnion qişanın içərisi amnion maye ilə dolu olub hamiləliyin axırında 1-1,5 litrə çatır. Bu mayenin tərkibi ananın qan damarlarının tərləməsi, amnion epitelinin ifrazı, dölün böyrək fəaliyyəti ilə əlaqədar olaraq tənzimlənir. Mayenin tərkibində zülal, duz, şəkər, hormonlar olur.
Dölyanı mayenin əsas fizioloji xüsusiyyətləri aşağıdakılardır:
1. Dölün hərəkət və inkişafı üçün şərait yaradır.
2. Dölyanı mayenin miqdarı az olduqda dölün anadangəlmə eybəcərliklərinə səbəb ola bilir.
3. Dölyanı maye dölün maddələr mübadiləsində əsas rol oynayır.
4. Dölü xarici təsirlərdən qoruyur.
5. Göbək ciyəsini döl və uşaqlıq divarı arasında sıxılmağa qoymur.
6. Dölyanı maye doğum vaxtı dölün doğum yollarından irəliləməsinə şərait yaradır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dölyanı maye" haqqında müzakirə