Ektopik hamiləlik
Mayalanmış yumurta hüceyrənin uşaqlıq boşluğundan kənarda implantasiya olunaraq inkişaf etməsi ektopik (uşaqlıqdankənar) hamiləlik adlanır. Ektopik hamiləlik ginekalofiyanın ciddi problemlərindən biri sayılır. Ektopik hamiləlik abortların, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin, neyroendokrin pozğunluqların, psixoemosional gərginliklərin, uşaqlıqdaxili kontrasepsiya vasitələrinin istifadəsinin artması ilə əlaqələndirilir. Uşaqlıqdankənar hamiləliyə məruz qalmış qadınlarda növbəti hamiləliyin ektopik olacağı ehtimalı sağlam qadınlarla müqayisədə 7-13 dəfə yüksəkdir. Uşaqlıqdankənar hamiləlik əsasən 23-40 yaşlı qadınlarda əksərən sağ boruda rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, döl yumurtasının lokalıizasiyasına görə ektopik hamiləliyin aşağıdakı formaları ayırd edilir:
1. Boru hamiləliyi.
2. Yumurtalıq hamiləliyi.
3. Dəqiqləşdirilməmiş hamiləlik.
Nadir hallarda qarın boşluğu hamiləliyi də ayırd edilir. Bu hamiləlik lokalozasiyasına görə piylik, qaraciyər, oma-uşaqlıq bağı və s. ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Boru hamiləliyi
29 dekabr 2016
Ekstrakorporal mayalanma
29 dekabr 2016
Proqressivləşən boru hamiləliyi
29 dekabr 2016
Şübhəli hamiləlik əlamətləri
29 dekabr 2016
Xəstə qadınların hamiləliyi
29 dekabr 2016
Çoxdöllü hamiləlik
29 dekabr 2016
Hamiləlik zamanı maddələr mübadiləsi
26 yanvar 2017
"Ektopik hamiləlik" haqqında müzakirə