Sağlam həyat tərzi keçirmək istəyən adamlar üçün pəhriz
Sağlam yaşamaq istəyən hər bir kəs gündəlik qidasına, yediyi qidaların tərkibinə diqqət yetirməlidir. Normal insanın gündəlik qidasının enerji və kalori dəyəri belə olmalıdır:
– 70-80 qram zülal (55% heyvani zülal olmalıdır)
– 80-85 qram yağlar
– 350-400 qram karbohidratlar
– 12 qram duz
– 1,5 – 2 litr maye
– 2400 – 2600 kalori dəyərində qida
Boyat çörək, suda bişmiş ət və ət məhsulları, bol miqdarda meyvə və tərəvəz, süd və süd məhsullarının, normada içilən meyvə şirələrinin insan orqanizmi üçün heç bir zərəri yoxdur.
Hisə verilmiş qida məhsulları, kimyəvi qatqıları olan məhsullar, ayaqüstü yeyilən küçə yeməkləri, çox qaynar və çox soyuq halda içilən maye, kofe, spirtli içkilər insan orqanizmi üçün zərərli qida məhsulları hesab olunur. Özünü sağlam hesab edən hər bir kəs bacardığı qədər bu qidalardan istifadə etməməlidir.
Çalışın sağlamlığınızın qayğısına qalın!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sağlam həyat tərzi keçirmək istəyən adamlar üçün pəhriz" haqqında müzakirə