7 aylıq uşağın qidalanması

  • Müəllif: elnare
  • Tarix: 20 iyun 2017
  • Baxış sayı: 77 623
  • 0 rəy

7 aylıq uşağın qidalanması

Gənc anaları 7 aylıq körpələrinin sağlam böyüməsi üçün nə ilə qidalanmalıdır sualı çox düşündürür. Çünki, uşağın sağlam böyüməsi üçün, orqanlarının normal inkişafı üçün bir yaşına qədər normal qidalanması lazımdır. Bir yaşına qədər sağlam və normal qidalanan uşaqların orqan və toxumalararı, əzələ-sümk sistemi, həzm sistemi, sinir sistemi çox yaxşı inkişaf edir. Bu da uşağın anasından birbaşa asılıdır. Uşağın 7 ayı olduqda onun hərəkətlərində canlanmalar əmələ gəlir ki, bu fiziki proseslər səbəbindən meydana çıxır. Bu səbəbdən də ana 7 aylıq körpəsinin qidalanmasına diqqət yetirməlidir. 

Uşaq 7 aylığında artıq ana südü ilə bərabər, meyvə şirısi, müxtəlif sıyıqlar, püre və s. ilə qidalanır. Artıq 6 ay bitdikdən sonra uşağın mədə-bağırsaq mikroflorası tam formalşmış olur. İndi onun mədə-bağırsağı əlavə qidalara asanlıqla uyğunlaşa bilir. 7 aylıq uşağın əlavə qidalarla bərabər ana südü əmməsində çox fayda var.

7 aylıq uşağın daima uzanması onun bağırsaqlarında qidaların yığılıb xaricə çıxmaması üçün şərait yaradır. Amma, uşağın hərəkətli olması və enerji itirməsi bağırsaqlrın hərəkət fəaliyyətini artıra bilir.

7 aylıq uşağın süd dişləri formalaşmış olur. Dişlərin daha sağlam olması üçün isə uşağın çoxlu vitamin, kalsiumla zəngin qidalarla qidalanması lazımdır. Bu ay uşağa ötən aydakından bir az artıq əlavə qida vemək lazımdır. Artıq bu aydan etibarən uşaq orqanizminin vitamin və minerallara olan ehtiyacı artır. Uşaq orqanizminin vitamin və minerallara olan ehtiyacını isə süddə bişən sıyıqlar, qarabaşaq sıyığı, tərəvəz və ya meyvə püresi və onlara əlavə edilən şüyüd, cəfəri ödəyir.

Bu aydan başlayaraq uşağın qida rasionunun daha da rəngarəng etmək lazımdır.
7 aylıq uşaq gün ərzində aşağıdakı qədər qida qəbul edə bilər:
  • - Çörək – 5 qram
  • - Tərəvəz püresi – 170-180 qram
  • - Sıyıq – 150-180 qram
  • - Kəsmik – 40 qram
  • - Yumurt sarısı – yarım ədəd
  • - Ət püresi – 30-50 qram
  • - Peçenye – 5 qram
  • - Meyvə şirəsi – 5-30 qram
Mütəxəssislər südəmər uşağa verilən kəsmiyin ev şəraitində analar tərəfindən hazırlanmasını məsləhət bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"7 aylıq uşağın qidalanması" haqqında müzakirə