SAĞLAM QİDALANMA
Orqanizmizin sağlam və xəstəliklərə dözümlü olması qəbul etdiyiniz qidalardan asılıdır. Sağlam həyat tərzi sürmək üçün meyvə və tərəvəzlərdən bolluca istifadə etmək lazımdır deyilir, amma bunlardan başqa nələrin sizin üçün xeyirli olması haqqında az danışılır. Qidalanma və diyet üzrə uzman Aylin Yılmaz yazdığı məqalələrin birində bu haqda geniş izahat verib. Mən sizlərə onun yazdıqları barədə qısa məlumat vermək istəyirəm. Doktor Yılmaz öz məqalələrində vitamin və mineralların insan orqanizminə faydaları haqqında yazıb, amma onu da qeyd eliyib ki, nə qədər vitaminli yeyirsən ye, bədən onu mənimsəmək qabiliyyətinə malik deyilsə yediyinin sənə heç bir faydası yoxdur. Vitamin və minerallar qanımıza bağırsaqlardan sorulduğu üçün gərək bağırsaqların fəaliyyəti normal olsun.
PROTEİN
Əzələləri möhkəmləndirmək üçün gündəlik protein balansı mütləq ödənməlidir. Protein ət, süd, yumurta kimi heyvanı məhsullarda daha çox olur. Bitkilər arasında isə protein ən çox paxlakimilərin tərkibində olur.
YAĞLAR
Yağ turşuları orqanizmdə hüceyrələrin yenilənməsi prosesində mühüm rol oynayır. Yağlar sinir sistemi üçün çox faydalıdır. Amma, az miqdarda istifadə etmək lazımdır. Doktor Yılmaz yağlar içində ən çox zeytun yağının, fındıq yağının faydalı olduğundan söz açır və gün ərzində 3 desert qaşığından artıq istifadə etməməyi tövsiyə edir.
KARBOHİDRATLAR
Doktor Yılmaz günlük enerji miqdarının yarısından çoxunun karbohidratlardan alınmasını məsləhət görür. Taxıl bitkiləri, meyvələr, çorək, düyü, makaron karbohidratlarla zəngin qidalardır. Bu qidalar az-az, tez-tez qəbul edilməlidir.
ZAMAN
Hər bir qida vaxtında və orqanizmin ehtiyacı olan zamada qəbul edilməlidir ki, bədən üçün faydası olsun. Qida ilə bərabər idmanla vaxtlı-vaxtında məşğul olmaq lazımdır ki, sağlam bədənə nail olmaq mümkün olsun.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"SAĞLAM QİDALANMA" haqqında müzakirə