Orqanizmin su və minerala olan təlabatı

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 117
  • 0 rəy

Orqanizmin su və minerala olan təlabatı.
İnsan orqanizminin 2/3 hissəsini su tutur. Su bütün orqan və toxumalarda var. Normal insan gün ərzində ən azı 2 litr maye qəbul eləməlidir.
Orqanizmdə minerallar hüceyrələrin inkşafı və metobolizmin normal getməsi üçün lazım olan ünsürlərdən biridir. İnsanların əsas qidalarını süd və süd məhsulları, yumurta, müxəlif növ ət məhsulları, paxlalılar və taxıl məhsulları təşkil edir. Bəs hansı qida məhsulunda hansı minerallar var bilirsinizmi?
Orqanizmin normal yaşayışı üçün gün ərzində 10-15 qram natrium xlorid duzu alması lazımdır. Biz bunu çörəyin, pendirin, kərə yağınından alırıq. İsti havalarda fiziki işlə məşğul olduqda orqanizmin natrium xloridə olan təlabatı 20 qrama çatır. Lazım olan miqdardan artıq qəbulu bədəndə suyun artmasına səbəb olur.
Kalium duzu qaysının, üzümün, təzə yetişmiş kartofun, balığın, buğdanın, paxlanın tərkibində çox olur. Kalsium duzu süd və süd məhsullarında, lobyada, noxudda isə daha çoxdur.
Fosfor süd və ət məhsullarında və  buğdada daha çoxdur.
Manqan bütün bitki yağlarının tərkibində var.
Dəmir ən çox qara ciyərdə, inək ətində, qarabaşaqda, buğdanın tərkibində olur. Orqanizmin dəmirə olan gündəlik təlabatı 10-15 mq-dır.
Sağlam həyat tərzi yaşamaq üçün gündəlik rasionda bütün minerallardan olmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Orqanizmin su və minerala olan təlabatı" haqqında müzakirə