Əməliyyatdan çıxmış xəstələr üçün pəhriz.

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 134
  • 0 rəy

Bu pəhriz stolunun məqsədi cərrahi əməliyyatdan sonra xəstələrin minimal miqdarda qida qəbul eləməsi və meteorizmin əmələ gəlməsinə yol verməməkdən ibatərdir. Pəhriz stoluna daxil olan qidaların tərkibinə tam zəif kalorili, mədə və bağırsağın fəaliyyətini ağırlaşdırmamaq şərti ilə davam etdirən qidalar aiddir.
Bu qida rasionuna asan həll olan zülallar, yağlar və karbohidratlar daxildir. Xörək duzu bu pəhrizə daxil deyil. Bu pəhriz stolunda qəbul olunan qidanın miqdarı tam az miqdarda olmalıdır.
Bu pəhriz  üçün xüsusi qida maddələri var (enpit, inpitan, ovalakt).
Pəhriz əməliyyatdan 2-3 gün sonra təyin edilir. Bu zaman xəstəyə tərkibində 5 qram zülal, 15-20 qram yağ, 150 qram karbohidrat olan bulyon hazırlanır. Xəstəyə bulyon gün ərzində 7-8 dəfə verilir. Qidanın tərkibində vitamin C  200 ml-dən az olmalı deyil. Qəbul olunacaq qidanın miqdarı isə 200 qramdan artıq olmalı deyil. Xəstəyə 3-4-cü gün az miqdar qaymaq və şirin itburnu dəmləməsi vermək olar. 6-7-ci gün isə xəstə yumuşaq bişmiş yumurta və 50 qram kərə yağı yeyə bilər.
Xəstənin bu cür qidalanması əməliyyat ərəfəsinə 2 gün ac qaldıqdan sonra həzm sistemi orqanlarının fəaliyyətini pozmamaq üçün vacibdir. Bu pəhriz stolunun qidası aşağıdakılardan ibarətdir:
8.00 –   100 qram isti çay və 10 qram qənd, 100 qram meyvə kiseli.
10.00 – 180 qram alma komotu.
12.00 – 200 qram ət suyu və 10 qram kərə yağı.
14.00 – 150 qram meyvə jelesi və 150 qram itburnu dəmləməsi.
16.00 – 150-200 qram limonlu, kəmşirin çay.
18.00 – 150 qram düyüdən hazırlanmış kaşa və 10 qram qaymaq.
20.00 – 180 qram itburnu dəmləməsi.
22.00 – 150 qram kompot.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Əməliyyatdan çıxmış xəstələr üçün pəhriz." haqqında müzakirə