Herpetik ensefalit
Herpetik ensefalitin törədicisi sadə herpes virusudur. Bu virus həm də ağız boşluğunun selikli qişasını zədələyir. Sadə herpes virusu geniş yayılmış xəstəlikdir. Yaşlı adamların qanında ona qarşı anticisim aşkar edilir. Virus latent vəziyyətdə başlıca olaraq hissiyyat düyünlərinin neyronlarında qalaraq insan orqanizmində uzun müddət persistə edə (gizli qala )bilir, müəyyən şərait yarandıqda isə fəallşmağa başlayır. Herpetik ensefalit kəskin nekrozlaşan asimmetrik hemorrogik proses olub limfositar və plazmositar infiitirasiya ilə müşahidə edilir. Patoloji proses əsasən gicgah payının medial və alın payının aşağı hissələrini əhatə edir. Xəstələrdə boyun əzələlərinin gərginliyi qeyd olunur. Xəstəliyin erkən mərhələsində ümumi epileptik tutmaların və gicgah payının zədələnməsini göstərən əlamətlər meydana çıxır. Bu əlamətlərərə iybilmə və dadbilmə hallüsiyasiyaları, anosmiya, mürəkkəb parsial tutmalar, davranış və yaddaş pozğunluqları, afaziya, hemiparez kimi əlamətlər aiddir. Xəstəlik çox surətlə inkişaf edir sonra isə komaya qədər gəlib çıxarır.
Xəstəliyin gedişi çox ağırdır. Beyində sürətlə inkişaf edən ödem xəstəliyin ilk 24-72 saat ərzində dərin komaya və tənəffüsün dayanması nəticəsində ölümə səbəb olur. Müalicə aparılmadıqda 70% hallarda ölüm baş berir.
Diaqnostikası: Diaqnoz seroloji reaksiyalar və immunflüoressensiya edən anticisimlər üsulu ilə təsdiq olunur. KT müayinəsi də beyin maddəsində olan patologiyaları aşkar edir.
Müalicəsi: Herpetik ensefalitin müalicəsində əsas dərman preparatı asiklovirdir. Dərman müalicəsi həkimin nəzarəti altında xüsusi dozalarda təyin edilir. Epileptik bayılmalar olduqda isə qıcolmaya qarşı preparatlardan istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Herpetik ensefalit" haqqında müzakirə