UŞAQLIQ YOLUNUN HERPESİ
Son illər əhali arasında herpes infeksiyasının səviyyəsi artmışdır. Çoxları elə hesab edir ki, sadə herpes adi infeksiyadır. Amma, hesablamalara görə cinsiyyət üzvlərinin xəstəliklərinin 80%-ini sadə herpes virusu törədir. Bu virus adətən sinir hüceyrələrində yaşayır.
Herpes xəstənin immun sisteminə dağıdıcı təsir göstərərək ikincili immunodefisit yaradır. Xəstəlik residivləşəndə normal cinsi həyatı pozur və sinir-psixi pozğunluq yaradır. Yoluxma mənbəyi herpesli xəstə və virusgəzdirəndir.
DİAQNOZU: Xəstəliyin diaqnozu kliniki əlamətlərə görə və laborator müayinələrə əsasən qoyulur.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsi ginekologiyanın problemlərindən biridir. Xəstənin zədələnmiş nahiyyəsinə antivirus preparatlar qismində asiklovir, valtreks və s. tətbiq edilir, virusəleyhinə ineksiyalar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"UŞAQLIQ YOLUNUN HERPESİ" haqqında müzakirə