Genital herpes
Genital herpes.
Genital herpes – cinsi orqanlar nahiyyəsində ağrılarla müşayiət olunan yoluxucu xəstəlikdir.
Ümumi məlumat:
Xəstəliyin mənbəyi suluqlar şəklində olan səpgilərdır. Xəstəliyi təsdiq etmək üçün suluqlardan bir damcı mikrobioloji analiz üçün götürülür və xüsusi mühitdə 24 – 48 saatda əkilir.
Səbəbləri:
Genital herpes – sadə herpes virusu tərəfindən törədilir. Virus cinsi kontakt yolu ilə yoluxur. Virus uşağa hamilə qadından doğuş zamanı keçə bilər. Nadir hallarda yoluxma tualetdə, unitazda keçə bilər. Herpes siplex I tip dodaqda səpgilər törədir. II tip herpes siplex isə cinsi orqanlarda səpgilər yaradır.
Simptomları:
Cinsi orqanlar nahiyyəsində ağrılar səpgilərlə müşayiət olunur.
Ağırlaşmaları:
Herpes infeksiyası yenidoğulanlar üçün təhlükəlidir. Əgər hamiləlik vaxtı herpes infeksiyası aşkar olunubsa, aktiv fazada yoluxmanın qarşısını almaq üçün uşaq Kesar kəsiyi ilə götürülür. Yenidoğulanlarda herpes infeksiyası nefroloji pozğunluqlara, korluğa, hətta ölümə səbəb ola bilər.
Siz nə edə bilərsiniz:
İsti oturaq vanna, duzlu məhlullarla nəm kompress vəziyyəti yaxşılaşdıra bilər. Parasetamol, aspirin ağrını azalda bilər. Zədəli nahiyyəyə əl vurduqdan sonra mütləq əlləri yumaq lazımdır. Hamilə qadınlar həkimdən məsləhət almalıdırlar.
Həkim nə edə bilər:
Həkim diaqnozu qoyduqdan sonra müvafiq müalicə təyin edir. Ağır hallarda asiklovir və digər virus əleyhinə dərmanlar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Genital herpes" haqqında müzakirə