Herpetik stomatit
Herpetik stomatit ağız boşluğunun xəstəliyi olub özünü dildə, diş ətlərində,damaqda,dodaqlarda əmələ gələn yaralarla biruzə verir.Yaralar ağrılı olur,əvvəlcə bir-neçə,sonra isə çoxlu sayda olmaqla xəstəliyin əlamətlərini kəskinləşdirir.Herpetik stomatitin əmələ gəlməsinə herpes virusları səbəb olur.
Xəstəliyə ilk dəfə insan həyata gəldiyi ilk günlərdə yaxalanır.Bu zaman körpələrdə birincili herpetik stomatit baş verir ki,diaqnoza adi gözlə baxdıqda təyin etmək mümkün olur.Belə ki,bu zaman körpənin bütün ağız boşluğu olmaqla dodaqları da ağ səpgilərlə örtülür.Bu zaman yüksək tempratur və limfa düyünlərində böyümə müşahidə edilir.Əksər hallarda yüngül müalicə ilə qısa bir zamandan bu cür herpetik stomatiti sağaltmaq mümkün olur.Xəstəliyin kəskinləşməməsi üçün körpənin ağzında ilk əmələ gələn ağ səpgilər nə qədər tez müalicə olunsa xəstəlik bir o qədər tez sağalır.Adətən,körpə uşaqlarda əmələ gələn herpetik stomatiti nistatin tozu vasitəsilə qısa müddət ərzində sağaltmaq mümkün olur.Qeyd etmək lazımdır ki,körpə vaxtı herpetik stomatit keçirən uşaqlar böyüdükləri zaman yenidən bu xəstəliyə yaxalandıqda xəstəliyin əlamətləri yüngül keçir.Amma,körpə vaxtı bu xəstəliyi keçirməyənlər yaşlandıqda herpetik stomatitlə xəstələndikdə xəstəliyin gedişatı çox ağır formada olur.
Böyüklərdə herpetik stomatit aşağıdakı hallarda baş verir:
- orqanizmin tempraturu yüksəldikdə
- günəş altında həddindən çox qaldıqda
- orqanizm soyuqladıqda
- qida allergiyaları zamanı
- ağız boşluğunun travmaları zamanı
- stresslər zamanı
- stomatoloqun müalicəsindən sonra
Böyüklərdə herpetik stomatit ağrılı qabarcıqlarla müşayət olunur.Qabarcıqlardakı maye sorulduğu zaman isə yerində yara əmələ gəlir və 5-7 gün müddətinə sağalma baş verir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicədə ağrıkəsicilərdən,qızdırma əleyhinə preparatlardan istifadə edilir.Yaraya asiklovir,solkoseril mazları sürtülür,brilliant abısı çəkilir.Xəstəliyin ağır formaları zamanı hormonal terapiya aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Herpetik stomatit" haqqında müzakirə