Uşaqlıq boynunun eroziyası
Həqiqi eroziya, mukozanın birbaşa zədələnmiş sahəsidir və nəticədə serviksdən sürünərək silindrik epiteliya ilə örtülür.Həqiqi eroziya adətən qeyri-düzgün yumru formaya, al-qırmızı rəngə malik olub, təmas zamanı asanlıqla qanayır. Eroziyalaşmış sahənin kolposkopiya və mikroskopiya proseslərində genişlənmiş damarlar, ödem, infiltrasiya, fibrin, qan izləri, selikli-irinli ifrazatlar müəyyən edilir.Psevdoeroziya-sağalma prosesində yastı epitel qüsuru uşaqlıq boynu kanalından eroziya səthinə yayılan silindrik epitellə əvəz olunur. Çoxqatlı yastı epitel hüceyrələri ilə müqayisədə silindrik epiteliositlər daha parlaqdır. Eroziya səthi al-qırmızı olaraq qalır.Uşaqlıq boynunun anadangəlmə eroziyası servikal kanalı örtən silindrik epitelin onun hüdudlarından kənara çıxması nəticəsində yaranır. Epitelin yerdəyişməsi (ektopiyası) bətndaxili inkişaf dövründə baş verdiyindən belə eroziyalar anadangəlmə sayılır.Uşaqlıq boynunun anadangəlmə eroziyaları adətən xarici əsnək xətti üzrə kiçik bir sahəni tutur, hamar səth və al-qırmızı rənglə səciyyələnir. Obyektiv müayinə (vaginal güzgülərlə və ya kolposkopiya) zamanı servikal kanalda patoloji sekresiya və iltihab əlamətlərinə rast gəlinmir.Xəstliyin diaqnostika prosesində vaginal güzgülərin köməyilə uşaqlıq boynuna baxış və patoloji ocağın mikroskop altında daha dəqiq qiymətləndirilməsinə imkan verən kolposkopiyadan istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Uşaqlıq boynunun eroziyası" haqqında müzakirə