Maraqlı tibbi faktlar (V hissə)

  • Müəllif: elnare
  • Tarix: 29 avqust 2018
  • Baxış sayı: 2 376
  • 0 rəy

Qədim Misir təbabəti haqqında maraqlı faktlar
Qədim Misir tibb elminin vətəni hesab edilir. Misir tibbdə müasir cərrahiyyənin, ginekologiyanın, oftalmologiyanın, ginekologiyanın, sanitariyanın bünövrəsini qoyub.
Qədim Misir təbabəti xəstəliklərin təbii yollarla sağalmasının yollarının bilib. Misir təbabəti xəstəliklərin əmələgəlmə səbəbini də bilib və xəstəliklərin qeyri düzgün qidalanma, bağırsaq parazitləri, nəm hava və pis yaşayış şəraitinin olduğunu qeyd etmişdir. Qədim dövrlərdə Misir həkimlərinin bir çox xəstəliklərin müalicəsi və profilaktikası barədə məlumarları olub. Qədim Misir tarixçisi Herodot öz əlyazmalarında bu qeydləri yazmışdır:” Mədəni ayda üç gün ardıcıl olaraq bağırsaqyumşaldıcı vasitələrlə təmizləmək orqanizmin sağlamlaşmasına səbəb olur”.
Tibb elminin himayəçilərindən hesab edilən Sehmet – Günəş allahının baş hissəsi aslanın başından ibarət olur. Əhalinin sözlərinə görə Sehmet heyvanlar və insanlar arasında olan epidemiyaları, taunu, ruh xəstəliklərini müalicə edir. 
Aşağıda adları çəkilənlər isə digər tibb elminin himayədarları hesab edilir.
* Xorur – cərrahiyyənin himayədarı
* Hentiriti və Duaui – oftalmologiyanın himayədarı
Misir təbabətinə görə insanın bədəni və beyni eyni zamanda müalicə edilməlidir. Misir təbibləri hərəki ətraflarda baş verən xəstəliklərin beyinlə əlaqədar olmasını qeyd ediblər.
İmaləni Qədim Misir həkimləri kəşf ediblər.
Sanitariyanın əsasını Misir həkimləri qoyub. Onlar xəstəliklərin yayılmaması üçün insanların ozlərinə qarşı diqqətli olmağa, gigyena qaydalarına əməl etməyə çağırıblar. Onlar insanlara xəstəliklərə yaxalanmamaq üçün ən azı gündə 2 dəfə səhər və axşam əl-ayaqlarını yumağı məsləhət görüblər.
İlk universitetlər Misirdə yaranıb. Bu universitetləri “Ali məktəb” və ya”Həyat evi” adlandlırılar.
Qədim Misirdə müalicəyə ehtiyacı olan insanlar əvvəlcə həkimə deyil, ibadətgaha gediblər.
Antibiotiklərin vətəni faktiki oilaraq Misir sayılır. İlk antibiotik 4000 il əvvəl kifləmiş qidalardan(kifləmiş çörək və ya kifləmiş torpaq) infeksiya xəstəliklərini sağaltmaq üçün yaradılıb.
Tutanxamon 18 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. Müasir patolojianatomlar onun kəllə sümüyünü araşdırdıqları zaman bu qənaətə gəliblər.
Kleopatra intihar etməzdən əvvəl içəcəyi zəhərin təsirini öyrənmək üçün onu qullarının üzərində yoxlamadan keçirib.
Qədim Misridə cərrahlar ürək əzələsinin funksiyasını araşdıraraq onun həyat əhəmiyyətli fəaliyyətinin bədənin müxtəlif yerlərindən gələn 22 damardan asılı olduğunu qeyd etmişlər.
Tibb elminin inkişaf tarixini aparılan araşdırmalara əsaslanaq təyin edirlər.
İlk cərrahi alətlər bürüncdən, bəzən isə gümüşdən hazırlanıb.
Qədim zamanlarda ağır əməliyyatlar zamanı anesteziya məqsədilə xaşxaşdan istifadə edilib. Bu adət XX əsrin ortalarına qədər davam edib.
Piramidlərin qullar tərəfindən hazırlandığı söylənilirdi. Amma, araşdırmalar onların ən yaxşı tikinti mühəndisləri və keyfiyyətli tibbi qulluq tələblərinə uyğun olaraq tikildiyini sübut edib. Belə ki, təkcə Qizi piramidinin tikilməsi zamanı 1500 fəhləyə tibbi qulluq etmək üçün 1 həkim çalışıb.
İlk diş protezlərinin Misir həkimləri tərəfindən hazırlandığı söylənilir. Qədim Misirdə dişlərin plomblanması da həyata keçirilib, amma, plombun nə ilə yapışdırıldığı məlum deyil.
Qədim Misirdə ortoped həkimlər əl və ayaq protezlərini taxtadan hazırlayıblar.
Qədim Misirdə tibbin aşağıdakı bölmələri fəaliyyət göstərib:
* travmatologiya
* cərrahiyyə
* ginekologiya
* oftalmologiya
İlk prezervativ Qədim Misirdə yaranıb. O zaman spermatozoidləri öldürən turşu tərkibli yumşaq maddə hazırlanıb. Bu maddə turşumuş süddən və timsahın ekskrementindən hazırlanıb.
Hamiləlik testi də ilk dəfə Qədim Misirdə yaranıb. Bu testlər qadın həkimləri Peseşet və Merit Ptaxın nəaliyyətidir. Peseşet və Merit Ptax dünyada ilk qadın həkim həkimləri olub. Onlar b.e.ə. XXVII – XXVI il əvvəl yaşamışlar. 
Tibb elmi barədə ilk əlyazmalar Herodot tərəfindən yazılıb. XIX əsrdə 63 papirus kağızı üzərində Qədim tibb elmi barədə məlumatlar olan əlyazmalar tapılıb. Araşdırmalar bu yazıların həkimlər tərəfindən yazıldığını aşkar edib. Bu yazılarda bir çox xəstəliklərin müalicə və profilaktikası barədə qeydlər edilib.
Papirus kağızında 248 qeydə rast gəlinmiş və aşağıdakı xəstəlikləri müalicə ertmək üçün yazılara rast gəlinib:
* ürək xəstəlikləri
* dizenteriya
* tənəffüs yollarının xəstəlikləri
* mədə bağırsaq xəstəlikləri
* qanaxma
* əsəbilik
* soyuqlama
* bağırsaq keçməzliyi
* yanıq
* şişkinlik
* parazit xəstəlikləri
* sinqa
* yara
* impotensiya
* ilan və ağcaqanad sancması.
Tapılan papiruslar müxtəlif həkimlər tərəfindən yazılıb. Ən çox isə Ebres papirusunun üstündə xəstəliklər barədə qeydlərə rast gəlinib. Ebres papirusu 1872/1873 illərdə tapılıb. 
Əlyazmalar içərisində “Bədənin bütün hissələri üçün farmokoloji maddələr kitabı” barədə qeydlərə rast gəlinib. Bu papirus kağızının ümumi uzunluği 20 metrdən çox olub. Kitabda xəstəliklərin müalicəsi üçün istifadə edilən 900 farmokoloji maddə haqqında qeydlər yazılıb. Bu maddələr aşağıdakı orqanların xəstəlikləri zamanı istifadə edilib:
* göz
* burun
* qulaq
* udlaq
* tənəffüs yolları
* həzm orqanları
* dəri.
Əlyazmalarda maraqlı olan dərmanların hazırlanma dozasının və hazırlanma qaydasının müasir tibbdə olduğu kimi olmasıdır.
Kitabda dərmanların çəkiyə və yaşa görə də təyin edilməsi barədə qeydlərə rast gəlinib.
Papirusda yazılan maraqlı fakltlardan biri də göz kataraktasının cərrahi yolla müalicə oluna bilməsi barədə olanlardır.
Ebers papirusunda ürək və insan həyatı barədə yazılara da rast gəlinir. Qədim misirlilər ürək xəstəliklərinin diaqnozunu xəstənin nəbzinə qulaq asaraq təyin ediblər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Maraqlı tibbi faktlar (V hissə)" haqqında müzakirə