Maraqlı tibbi faktlar(VI hissə)
Qədim Roma tibbi barədə çox qiymətli faktlar var. Qədim Roma tibbi dövlət tərəfindən diqqət və qayğı görüb. Həkimlər üçün ilk tibbi institut Romada yaranıb. Biz Qədim Roma tarixi barədə araşdırmalar apardıqda 16 maraqlı fakta rast gəldik.
1. Qədim Romada tibb geniş inkişaf edib. Həmin dövrdə Roma həkimləri tibbi alətlərə, tibbi güzgülərə, kateterlərə( bədəndə kanal açmaq üçün borular)sahib olublar. Tibbin latın terminologiyasına keçməsinin tarixi kökləri Qədim Romaya dayanır. Məsələn, diz qapağının “patella” adlandırılması: Qədim Roma həkimləri dünya tibb elminə çox böyük töhfələr verib.
2. Qədim Romada tibbi normalar qəbul edilib. Bu barədə filosof Tita Lukresiyanın “Əşyaların təbiəti barədə” və Avla Korneliyanın “ İnsan bədəninin hissələri barədə” yazmış olduğu kitablarda qeydlərə rast gəlinib.
3. Çarlıq dövründə(b.e.ə. VIII – VI illlərdə)Romada xəstələr ətirli bitkilərlə və tilsimlərlə müalicə edilib. Bu müalicə üsulu ilə məşğul olan mütəxəssislər isə cəmiyyətin ən hörmətli adamlarından sayılıb və hətta senatorlar da onlara rəğbət bəsləyib.
4. B.e.ə. III əsrə qədər Romada tibb üzrə ixtisaslaşmış mütəxəssis olmayıb. Həmin dövrlədə müalicəni dualar oxumaqla və təbii yollarla hazırlanmış bioloji aktiv maddələr qəbul etməklə həyata keçirilib.
5. Qədim Roma həkimləri stomatologiya sahəsində XIX əsrdə inkişf dövrünü yaşamağa başlayıb. Həmin dövlərdə ilk dəfə süni yolla qızıl dişlər hazırlanmağa başlanıb.
6. Qədim Romanın respublika dönəmində tibb sahəsi və həkimlərin inkişaf etməsi dövlət səviyyəsində həyata keçirilməyə başlandı. Bu zaman sanitar dövlət qanunları işləndi, tibbi nəzəriyyələr yazılamağa başlandı və materialistik əsaslar qoyulmağa başlandı.
451-450 illərdə Romada “VII tibbi cədvəl” yaradıldı. Burada ölənlərin şəhər ərazisində basdırılmaması və yandırılmaması barədə qanun yazıldı.
7. Qədim Roma siyasətçisi və yazıçısı Mark Porsiy Katon dərman müalicəsindən deyil, birkilərlə müalicə edilmənin faydalı olduğunu qeyd edib.
8. Qədim Romada hər bir imkanlı ailənin bir tibb işçisi olub. Həmin tibb işçisinin yaxşı mütəxəssis olması, ailənin məşhur olması demək anlamına gəlib.
9. Romada tibbin inkişafına ən yaxşı təkan Yuli Sezar tərəfindən olub. O xarici həkimlərə roma vətəndaşlığı verib.
10. Tibbin müxtəlif sahələrə ayrılması Qədim Romada da olub. Həmin dövrlərdə Romada tibbin aşağıdakı şöbələri fəaliyyət göstərib.
* cərrahiyyə
* urologiya
* oftalmologiya
* stomatologiya.
11. Qədim Romada tibbin inkişafı həkimlərə xüsusi statusların verilməsi ilə bağılıdır. O zaman həkimlər işlərinə görə fərqləndiriblər. Onlar ərazi baş həkimi, ev tibb işçisi, hərbi və məmur həkimi və s. adlandırılıbl. Sadə əhaliyə xidmət göstərən həkimlərin statusu isə archiatri populares olub.
12. Tibb işçilərinin həmkarlar ittifaqı ilk dəfə Qədim Romada yaradılıb. Onun üzv olmaq üçün isə mütləq imtahan vermək və tibbi biliyə malik olmaq lazım gəlib. Buraya qəbul edilən həkim isə “ dövlət həkimi” adlandırılıb.
13. Qədim Roma təbabəti barədə ən maraqlı fakltlara Roma həkimi Avla Korneliya Selsinin ensiklopediyasında bir çox qeydlərə rast gəlmək mümkündür. O tibb elmi barədə olan bilgiləri “ Tibb elmi haqqında” adlı ensiklopediyasında toplayıb.
14. İnsanların az məlumatlı olduğu daha bir maraqlı fakt: abrakadabra sözünün kökü qədim təbabətə bağlıdır. İlk dəfə bu sözü Roma imperatoru Karakallunu müalicə edən həkim Serena Sammonika söyləyib. Həkim bu sozü imperator üçün hazırlatmış xüsusi gözmuncuğuna yazdırıb. Üçbucaq şəkilli dəmir lövhənin üzərinə on bir söz yazılıb. İlk söz abrakadabra olub. Bu sözlərin sıra ilə yazılışı zamanı hər dəfə abrakadabra sözünün son hərfi qeyd edilməmişdir, yəni ilk başda yazılan söz abrakadabra, sonuncu isə a hərfi olub. Həkimin düşüncələrinə görə bu lövhə xəstələri pis gözlərdən, pis ruhlardan və xəstəliklərdən qoruyur.
15. Qədim Romada cərrahiyyə əməliyyatı zamanı xəstə öldükdə cərrahın əllərini kəsirlərmiş.
16. “Sağlam bədəndə sağlam ruh olar” sözü Qədim Roma təbabəti zamanı meydana gəlmişdir. Həmin dövrlərdə insanların əksəriyyəti Allaha dua edərək sağalmaları üçün imdad diləyib. O illərdə yaşamış satirik şair Desim Yuniy Yuvenala öz qeydlərində bu sözləri yazmışdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Maraqlı tibbi faktlar(VI hissə)" haqqında müzakirə