Maraqlı tibbi faktlar ( IV hissə)
Dərman preparatları barədə çoxlu inanılmaz faktlar var.
1903-cü ildə Koka-kola 5 sentə satılıb. Onun tərkibində kokoin olduğuna görə uşaqlarda diş və baş ağrıları meydana çıxdıqda dərman vasitəsi kimi Koka-kola veriblər.
XIX əsrə qədər həkimlər dezinfeksiyaedici məqsədlə xəstələrə sağalmaq üçün pivə içməyi məsləhət biliblər.
MDB ölkələrində “Okomistin” adı ilə oftolmologiyada istifadə edilən dərman “ Kosmetik biotexnologiyalar” proqramına əsasən hazırlanan dərmanlardandır. Bu dərman orbital stansiya məşqləri zamanı istifadə etmək üçün hazırlanan gizli preparat olub. Bu hərbi preparatın gizli adlı isə BX – 14 olub. Hazırlandıqdan uzun illər sonra dərmanın adı dəyişdirilib Miramistin olub. Yenidənqurma dövründən sonra isə bu dərman hamı üçün asanlıqla əldə edə bilinən dərmanlardan olub. İndi oftolmalogiyada onun əvəzedicisi kimi Okomisindən istifadə edilir. Okomisin universal dərmanlardan hesab olunur. Ondan göz və qulaq xəstəlikləri zamanı istifadə edilir.
Qədim Çin təbabəti haqqında
Qədim Çin təbabəti haqqında çoxlu maraqlı faktlar var. Bunun səbəbi isə Qədim Çinlilərin qeyri-ənənəvi müalicə üsullarından istifadə etmələri olub.
Qədim Çində vaksinasiya, səslə müalicə, iynə ilə müalicə, xəstəliklərin profilaktikası haqqında xüsusi müalicə üsulları olub. O zamanlar istifadə edilən dərman preparatlarından indi də istifadə edilir.
Aptek sözü ilk dəfə Qədim Çində yaranıb.
Qədim Çində həkimlər müalicə etdiyi xəstədən qazanc alıb. Sağalan xəstənin həkimə pul və ya hədiyyə verməsi bir qayda olaraq tətbiq edilib.
Çin imeratorluğu dövründə diaqnozu səhv qoyan və ya səhv müalicə aparan həkimlər ölümlə cəzalandırırlıb.
Qədim Çində virus və epidemiya xəstəliklərindən xilas olmaq üçün gigyenik maskalardan istifadə edilib. Bu zaman maskaya müalicəvi ətirli bitkilərdən hazırlanmış qarışım qoyulub. Qarışımın qoxusu tənəffüs yollarına daxil olaraq immuniteti artırıb, orqanizmi xəstəliklərdən qoruyub.
İynəbatırma ilə müalicənin tarixi 4 min il əvvəllərə gedib çıxır.
Akupunktura müalicəsi ilə Qədim Çində parezləri, yaralanmaları müalicə ediblər. Onlar bu müalicəni tətbiq edərkən “həyat əhəmiyyətli nöqtələri” seçmiş və iynələri həmin nahiyəyə batırmışlar. Qədimdə bu üsulla orqanı qıcıqlandıraraq onların həyat fəaliyyətini uzadıblar.
Qədim Çində odla müalicə vasitəsindən istifadə edilib. Bu zaman xəstənin kürək hissəsinə qalın parça sərilib üzərinə ətirli otlar yığılaraq yandırılıb. Bu müalicə ilə soyuqdəymədən və piylənmədən xilas olunub.
Çində min il əvvəl səs ilə müalicə üsulundan istifadə edilib. Müalicə layla səsinə bənzər səslərlə tətbiq edilib.
Qədim Çində (b.e.ə.X əsrdə) bəzi xəstəliklərdən vaksinasiya ilə xilas olmaq yolu müəyyən edilib. O zaman çiçək xəstəliyinin vaksinasiyası tibbə məlum olub.
Qədim Çində xəstəni çılpaq halda müayinə etmək qadağan olub.
Qədim Çində tək orqanın deyil, bütün orqanizm müalicə olunması üsulu tətbiq edilib.
Dilin arxa, orta və uc hissəsinə baxaraq xəstəni müayinə etmək qədim zamanlarda Çində və Hindistanda tətbiq edilib.
Qədim Çin təbibləri insan əlinin içini orqanizmin enerji mərkəzi hesab ediblər.
Qədim Çində xəstəliklərin müalicəsi yüksək dərəcədə keyfiyyətlə aparılıb. Çin təbabəti dünya tibbi elminə aşağıdakı müalicəvi bitkiləri tanıdıb:
* jenşen
* limon, cır limon
* rəvənd
* çay.
Dünyada ilk dəfə farmokologiya sözü b.e.ə. 502-ci ildə Çində yaranıb. O zaman farmokolgiya elminə 730 cür növdə dərman bitkisinin adı məlum olub
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Maraqlı tibbi faktlar ( IV hissə)" haqqında müzakirə