Maraqlı tibbi faktlar(VII hissə)

  • Müəllif: elnare
  • Tarix: 31 avqust 2018
  • Baxış sayı: 2 241
  • 0 rəy

İsrail təbabəti barədə maraqlı faktlar
Qeyri-adi və maraqlı faktlar İsrail təbabəti haqqında da söylənilir. İsrail təbabətinin və səhiyyəsinin inkişafı qədim İsrail təbabətinə əsaslanır. İsrail insan ömrünün ortalama həddinin yüksək olıduğu 10 ölkə arasında öz yerini tutur. Bu ölkədə ortalama yaş həddi 81,5 ildir.
Maraqlı faktlardan biri İsrail səhiyyəsinin innovasiya üsulları ilə onkoloji xəstəliklərin sağalması istiqamətində dünyada birinci yerdə durmasıdır. İsrail xərçəng xəstələrinin ömürünü uzada bilən ölkə kimi tanınır. İsraildə səhiyyə dövlət nəzarəti altında saxlanılır və buna görə də xəstələrə qulluq ən keyfiyyətli şəkildə həyata keçirilir.
İsraildə dövlət səhiyyə təşkilatlarında xəstələri cəlb etmək üçün olan konkurentliyi nəzarət altında saxlayır. 
İsraildə xəstələr müraciət etmək üçün klinika və ya tibb mərkəzini seçmir, xəstə mütəxəssis həkimə müraciət edir. Bu maraqlı faktın izahı hər bir sahə üzrə işini ən incəliyinə qədər bilən mütəxəssisin olmasıdır. Orada vena və arteriyaların müalicəsi və ya əməliyyatı üçün fərqli həkimlər məşğul olur. Diz oynağının əməliyyatı ilə məşğul olan cərrahlar isə bud-çanaq əməliyyatları etmir.
İsrail səhiyyəsi haqqında maraqlı faktlardan biri də tibbi xidmətin pulsuz və dövlət sığortası tərəfindən ödənilməsidir. Bu ölkədə həkim qəbuluna düşmək və saatlarca gözləmək lazım gəlmir.
İsrail dövlətində tibbi personalın simvolu Maqen Devid Adomun adı ilə adlandırılır. Tibbi müvəffəqiyyətlərinə görə fərqlənən həkmi isə “Devid ulduzu” ilə mükafatlandırırlar.
Xəstəliklər haqqında maraqlı faktlar
Maraqlı tibbi faktlardan biri insanın ömrü boyu 5000 dəfəyə qədər ağrı çəkməsidir. Statistikanın bu məlumatı keçirilən xəstəliklərdən asılı olaraq arta və ya azala bilir. Hər bir insan orta hesabla ildə 3 dəfə həkimə müraciət edir. Dünyada bəzi xəstəliklər var ki, bu zaman insanlar yata bilmirlər. Bəzi xəstəliklər zamanı isə xəstələr qəflətən yuxuya gedirlər. Bəzi xəstəliklərin qarşısında müasir tibb elmi acizdir, bu xəstəliklərin müalicəsi tapılmır. Biz xəstəliklər barədə bir çox maraqlı faktları sizlərlə bölüşmək istəyirik.
Key Andervudda(Key Underwood) nadir hallarda rast gəlinən katapleksiya və narkopleksiya xəstəlikləri var. İstənilən emosional nigarançılıq, həyəcan və narahatçılıq hissi qadında qıcolmaya səbəb olur. Bu qadının bir gündə 40 dəfə qıcolma keçirməsi qeyd olunub. Qadın günün istənilən saatında qəfildən yuxuya gedir.
Avstraliyalı Eşli Morrisdə(Ashley Morris) nadir dəri xəstəliyi var. O Aquagenic Urtucaria(qeyri adı müxtəlifliyi olan qızılca) xəstəliyindən əziyyət çəkir. Eşli nəyəsə toxunan zaman dərisi allergiya verir və qızararaq şişkinləşir. Bu qız hətta suya toxunan zaman dərisi təmasa reaksiya verir. Xəstəliyin əmələgəlmə səbəbi tibbə məlum deyil və onun müalicə etmək üçün dərmanlar yoxdur.
Kanadalı Ntali Kuper( Ntalia Cooper) maraqlı bir xəstəliklən əziyyət çəkir. O qida qəbul etməyə başlayan zaman qusmağa başlayır. Buna səbəb isə qadının mədəsinin qidanı qəbul edə bilməməsidir. Ntali mədəsinə salınmış kateter vasitəsilə hazır qida qarışıqları ilə qidalanır. 
Xəstəliklər barədə maraqlı bir fakt isə 1944-cü ildə qeydə alınıb. 72 yaşlı Mahatma Qandi Kasturbanın arvadı bir neçə dəfə infarkt keçirdikdən sonra bronxial pnevmoniyaya yaxalanıb. Mahatma Qandinin oğlanlarından biri xəstəliyinin qədim təbabət yolu ilə müalicə etməyə qərar vermiş və anasını Qanq çayının suyunu içirməyə başlamışdır. Bir neçə gün sonra isə qadın ölmüşdür. Arvadının ölümündən yarım il sonra Qandi özü malyariya xəstəliyinə yaxalanmışdır. Bir ay təbabət ənənələri ilə müalicə edilən Qandi sağalmadığını gördükdə xinin qəbul etmiş və sağalmışdır. 
Taun dünyada yolxucu xəstəlik kimi tanınmışdır. 1346 – 1353-cü illərdə Avropa əhalisinin 25%-i bu xəstəliyə yoluxmuşdur. Bu dövr ərzində 75 milyon adam taundan dünyasını dəyişmişdir. Bu pandemiya “qara ölüm” adlandırılmışdır. Tibb elmi indi də bu xəstəliyin müalicəsi qarşısında acizdir.
İnsanların bir çoxu kor bağırsaq çıxıntısının orqanizm üçün artıq bir orqan olduğunu düşünür. Aparılan araşdırmalar kor bağırsaq çıxıntısının insan həyatı üçün çox vacib orqan olduğunu təsdiq edib. Kor bağırsaq çıxıntısı insan bağırsağı üçün vacib sayılan mikroorqanizmlərin artıb çoxalması üçün vacib orqan hesab edilir. Kor bağırsağın qida qalıqları(üzüm, qarpız çəyirdəyi, xırda sümüklər) səbəbindən əməliyyat edilməsi nadir hallarda baş verir. Mütəxəssisslər kor bağırsağı əməliyyat ertməzdən əvvəl onun hansı səbəblərdən patologiyaya uğramasının səbəbini araşdırmağı məsləhət bilir. Appendisit diaqnozunun qoyulmasında Mak Berni nöqtəsinin basmaqla müayinə edilməsi əsas götürülür.
Bəzi qeyri-adi psixoloji xəstəliklər var. Bu xəstəliklər “insanın mənfi əkizi”adlanır. Bu xəstəliyə yaxalanan adam özünün ətrafında eyni əkizinin olmasına inanır.
Boston uşaq klinikasının həkimi xüsusi virtual “sağlamlıq tarixi” işləyib hazırlamış və onu dünyanın bütün nöqtələrinə yaymışdır. Bu sənəd Google vasitəsilə tibbi internet saytlarda paylaşılmışdır. Burada infeksion xəstəliklərin epidemiyası barədə qeydlər edilmiş və tarixçəni oxuyanlar məlumatlandırılmışdır.
Karies xəstəliyinin 5000 il əvvəllərdə yaşamış insanlarda da olduğu öz təsdiqini tapıb.
Tibb elmi ağız suyunun tərkibinin keyfiyyətinin pis olmasının dişlərdə karieslərin əmələ gəlməsinə səbəb olduğunu sübut edib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Maraqlı tibbi faktlar(VII hissə)" haqqında müzakirə