Faydalı məsləhətlər- Aloe

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 4 116
  • 0 rəy

Aloe(əzvay)
Aloe tərkibli maska reseptləri Yunanıstan, Misir qadınlarına qədim dövrlərdən məlumdur. Müasir dövrdə də aloe bitkisindən hazırlanan maskalardan çox istifadə olunur. Belə ki, aloe şirəsi qatılmış maska və kremlər dərini digərlərinə nisbətən daha yaxşı qidalandırır və onu təravətli edir.
Ev şəraitində hazırlanan maska reseptləri:
Ən çox istifadə olunan resept bal və qırmızı çaxır qatılmış aloe şırəsidir. Bu maska dərini vitamin, antraqlıikozidlərlə zənginləşdirir:
– 2 xörək qaşığı aloe şirəsini 1 yumurta ağı ilə yaxşıca çalın. Alınan kütləni üz dərisinə çəkərək 15 dəqiqə saxlayın. Bu, soyuqdəymə ilə əlaqədar üzdə yaranan səpgi və qızartıları aradan götürür.
–  2 xörək qaşığı aloe şirəsini 1 xörək qaşığı çobanyastığı (və ya gülümbahar) ekstraktı və 1 xörək qaşığı bal ilə bir qabda yaxşıca qarışdırın və bunu üzün və boynun dərisinə çəkin. Bu cür tərkibli maska dərinin cavan qalmasına kömək edir.
– Təmiz, heç bir qarışığı olmayan aloe şirəsini gözətrafı dəriyə də çəkmək xeyirlidir.
Misir kremi:
– 2 orta ölçülü aloe yarpaqlarının üzərinə 2 xörək qaşığı distillə edilmlş su və 3 xörək qaşığı gül suyu tökün. Daha sonra 1 çay qaşığı bal əlavə edin. Su hamamında qızdırın. Sonra 100 qr yağ əlavə edib qarışdırın. Kütlə krem halını aldıqdan sonra onu istifadə üçün metal olmayan qabda soyuducuda saxlayın. Gündə bir dəfə nazik qatla üzün dərisinə çəkmək lazımdır. Bu cür kremdən quru vəhəssas dərilər üçün istifadə etmək məsləhətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Faydalı məsləhətlər- Aloe" haqqında müzakirə