Aspir yağının faydaları
Faydalı tərkibi
Aspir yağının əsas tərkibini linolen turşusu təşkil edir.Bu yağın az hissəsi E vitamini, palmit və olein yağından ibarətdir. Bu bitki tərkibli yağın tərkibində K vitamini vardır ki, bu da damar divarlarının möhkəmliyi üçün vacib amillərdən sayılır. Aspir yağının tərkibində skvalen yoxdur.
Müalicəvi və faydalı xüsusiyyətləri
Aspir yağının tərkibi əvəzolunmaz turşular və elementlərlə zəngindir. O dərinin epidermis qatından asan sorulur. Tərkibində olan K vitamini kapilyar damarların möhkəmlənməsinə, kapilyarlarda baş verən qanslzmaların qarşısının alınmasına səbəb olur. Gündəlik qida rasionuna aspir yağı əlavə etmək orqanizmin arıqlamasına, qan damarlarının təmizlənməsinə, ürəyin möhkəmlənməsinə, saçların və dərinin strukturunun sağlamlaşmasına səbəb olur. Aspir yağı şəkərli diabet xəstələrinin artıq çəkidən xilas olmasına səbəb olur. Bu yağdan istifadə etmək onların qanında şəkərin miqdarını normallaşdırır. II tip şəkərli diabet xəstələri 4 ay, gün ərzində 8 qram aspir yağı yedikdə onların qanında şəkərin miqdarı aşağı düşür və orqanizmdə baş verən iltihabi proseslər aradan qalxır. Qədim zamanlarda aspir yağından qan dövranının pozulmaları zamanı istifadə edilib. Bu yağ qan laxtalanmasının azalmasına, qan dövranının yaxşılaşmasına səbəb olur. Aybaşı gecikmələri, travmalar və hamiləliyin planlı surətdə pozulması üçün qədimdə aspir yağından istifadə olunub. Buna görə də hamilələrə aspir yağı yemək qəti qadağan olunur.
Aspir yağı əvəzolunmaz dietik yağlardandır. O orqanizmdə yığılıb qalmış piy toxumalarının əriməsinə səbəb olur. Onun tərkibində olan K vitamini qırmızı qan hüceyrələrinin artmasına səbəb olur. Aspir yağının tərkibində zülallar və karbohidratlar yoxdur. O ən az karbohidratlı yağlardandır. Bu səbəblərinə görə aspir yağı son illərin ən məşhur yağlarındandır. Arıqlamaq istəyənlər qida rasionlarına aspir yağı əlavə etməklə çəkilərini azalda bilərlər. Hər gün az miqdarda aspir yağı yemək orqanizmdə yığılıb qalmış piylərin əriməsinə və çəkinin azalmasına səbəb olur. Aspir dietası ilə qısa zamanda artıq piylərdən xilas olmaq mümkündür.
Kosmetologiyada tətbiqi
Tərkibində olan E vitamini quru dərinin yumşalmasına səbəb olur. Ondan qocalma əleyhinə quru dərilər üçün kremlərin hazırlanmasında istifadə edilir. Aspir yağı dəridəki ölü toxumaların xaric olunmasını sürətləndirir, yeni toxumaların əmələ gəlməsinə səbəb olur. O dərini cavanlaşdırır, dərialtı kapilyarların fəaliyyəıtini artırır, dəridəki piy vəzlərinin fəaliyyətini normsallaşdırır.
Aspir yağından losyonların, kremlərin, şampunların, gün kremlərinin hazırlanmasında geniş istifadə edilir.Tərkibində olan yarımdoymamış turşular saçların kimyəvi rənglənmədən sonra strukturunun bərpa olunmasına səbəb olur.
Aspir yağının zərərli xüsusiyyətləri
Aspir yağının tərkibindəkilər orqanizmə zərər verə bilir. Ondan az miqdarda istifadə etmək lazımdır. Aspir yağından istifadə etdikdə baş hərlənməsi, ürəkbulanma, baş ağrıları və iştahsızlıq meydana çıxa bilər. Çoxlu miqdarda aspir yağı qəbul etmək qarın və döş boşluğunda ağrıların meydana çıxmasına, təngnəfəsliyə, qan azlığına, maddələr mübadiləsinin pozulmasına səbəb olur. Hamiləlik zamanı aspir yağından istifadə etmək məsləhət görülmür. Bu uşaqlığa qan axınının çoxalmasına və uşaqsalmaya səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aspir yağının faydaları" haqqında müzakirə