KƏLƏM HAQQINDA BİLMƏDİKLƏRİNİZ

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 4 130
  • 0 rəy

KƏLƏM HAQQINDA BİLMƏDİKLƏRİNİZ
Kələm sözü qədim yunan dilindən tərcümədə caput – baş deməkdir. Kələm haqqında deyilən yaxşı sözlərdən biri də, onun bir çox xəstəliklərin profilaktikasında faydası olmasıdır. Kələmin bir neçə növü var:
– ağ kələm
– qırmızı kələm
– gül kələm
– Brüssel kələmi
– Pekin kələmi
– brokkli kələmi
– kolrabi kələmi
Ağ kələm tərkibində olan C vitamini sayəsində orqanizmdə baş verən avitaminozu aradan qaldırmaq qabilliyyətinə malikdir. Tərkibindəki U vitamini mədə və bağırsaqların selikli qişasının tamlığını müdafiə edir, bağırsaqların fəaliyyətinin yaxşılaşdırır.
Qırmızı kələmin tərkibi zülallarla, vitaminlərlə, minerallarla zəngindir. Qırmızı kələmin tərkibində A, PP, C, E, H vitaminləri, kalium, fosfor, maqnezium, natrium, dəmir, kalsium var. Bundan başqa qırmızı kələmin tərkibi selenlə zəngindir ki, bu da immuniteti yüksəldir. Qırmızı kələm qalxanvari vəzin funksiyasını yaxşılaşdırır, hüceyrələrin oksidləşməsinə yardım edir, bədəndən toksinləri çıxardır.
Gül kələm yorğunluğu və depressiyanı aradan qaldırır.
Brüssel kələmi dietik kələm hesab edilir. Tərkibi vitaminlərlə zəngindir, orqanizmdən xolesterolu təmizləyir.
Pekin kələmi ən sulu kələm növü hesab edilir. Ürək-damar xəstəliklərində faydası böyükdür. Mədə yarasını sağaltmaq qabiliyyətinə malikdir, tərkibi amin turşularla zəngidir.
Brokkli kələminin tərkibi qırmızı kələmin tərkibinə yaxındır. Mədə bağırsaqdan yaxşı sorulur, dietik kələm hesab olunur.
Kolrabi kələmi dadına görə kələmdən çox turpa oxşayır. Tərkibi minerallarla, fruktoza ilə zəngindir. Xalq təbabətində şirəsindən təzyiqi aşağı salmaq üçün istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"KƏLƏM HAQQINDA BİLMƏDİKLƏRİNİZ" haqqında müzakirə