Qırmızı kələm
Qırmızıbaş kələmin də vətəni ağ kələminki kimi Aralıq dənizi sahilləri hesab edilir. Kələmin bu növü oradan Qərbi Avropa ölkələrinə yayılıb. XVII əsrlərin əvvəllərindən kələmin bu növü Rusiyada becərilməyə başlayıb.
Qırmızı kələmın Tərkibi:
- Zülallar – 0,8 qram- Yağlar – 0, 2 qram
- Karbohidratlar – 5, 1 qram
- Su – 91 qram
- Kalori – 26 kKlal
Qırmızı kələmin tərkibi zülallar, liflər, fermentlər, fitonsidlər, şəkər, dəmir, kalium, maqnium, C, B1, B2, B5, B6, PP, H vitaminləri ilə zəngindir. A vitamini və karotinin də çox olduğu bu tərəvəzin tərkibindəkilər digər kələmlərdə olduğundan 4 dəfə artıqdır. Onun tərkibində olan antosian insan orqanizminə daxil olduqda kapilyarların möhkəmliliyini artırır və onların fəaliyyətini yaxşılaşdırır. Qırmızı kələm orqanizmdən radiasiya zəhərlənməsini xaric edir və ağqanlılığın əmələ gəlməsinin qarşısını alır. Tərkibində kaliumun, maqniumin, dəmirin, fermentlərin, fitonsidlərin çox olması qırmızı kələmin orqanizm üçün nə qədər faydalı olduğunu sübut edir. Bu bitkinin yarpaqları qidalandırıcı maddələr və vitaminlərlə çox zəngindir. Tərkibindəki fitonsidlər vərəm xəstəliyinin sağalmasını sürətləndirir. Qədim zamanlarda qırmızı kələmdən yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı geniş istifadə edilib. İndi də kəskin və xroniki bronxit xəstəlikləri zamanı xalq təbabətində qırmızıbaş kələmdən istifadə edilir. Arterial təzyiqdən əziyyət çəkən xəstələrin qida rasionuna hər gün qırmızı kələm əlavə eləmələri məsləhət bilinir. Çünki, kələmin tərkibindəkilər arterial təzyiqin aşağı düşməsinə yardım edir. Qırmızı kələm damarların divarının möhkəmliliyini artıraraq onların fəaliyyətini yaxşılaşdırır. Yemək yeyən zaman qırmızı kələm yemək qırmızı şərabı əvəz edir. O dəridəki yaraların sağalmasını, ödün axmasını sürətləndirir, sarılıq xəstəliyi zamanı yeyilməsində çox fayda var.
Qırmızı kələmdən qida sənayesində də geniş istifadə edilir. Onun həm yarpaqlarından, həm də şirəsindən müalicə məqsədilə istifadə edilir.
Qırmızı kələmin şirəsi qan damarlarının möhkəmləndirməklə qanın normal axının təmin edir. Bu səbəbdən də kapilyarların zəifləməsi və qanaxma zamanı onu içməkdə fayda var.
Qırmızı kələmnın Ziyanı
Tərkibində çətin həzm olunan liflərin miqdarının çox olduğuna görə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qırmızı kələmdən az istifadə etmək məsləhət görülür.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qırmızı kələm" haqqında müzakirə