Qara yemişan çayı və onun faydaları
Qara yemişanın və onun yarpaqlarının tərkibində B1, C, PP vitaminləri , marqanes və fosfor var. Toxumlarının və yarpaqlarının tərkibi təbii turşular, efir yağları, karotin, dublin və pektinlə zəngindir.
Tibbdə qara yemişan çayından aşağıdakı məqsədlərlə istifadə edilir:
- * görmənin yaxşılaşması
- * şəkərin aşağı düşməsi
- * sidikqovucu.
Çayın dəmlənməsi:
100 qram qurudulmuş qara yemişanın üzərinə 1 litr soyuq su tökülür və 10 dəqiqə qaynadılır. Yarpaqları isə adi çay dəmlənən kimi dəmlənir. Bu zaman yarpaqların üstünə qaynar su tökülür və dəmlənir. Qara yemişanın yarpaqlarını 15 dəqiqədən çox dəmləmək məsləhət görülmür.Qara yemişanın meyvələrini və yarpaqlarını başqa bitki yarpaqları ilə qarışdırıb dəmləmək mümkündür. Onu ev şəraitində quruda və ya apteklərdən hazır şəkildə ala bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qara yemişan çayı və onun faydaları" haqqında müzakirə