Zəncirotu, acıqovuq(Lat.Taraxacum officinale) faydaları
* Adi zəncirotu – bu bitkinin ən çox rast gəlinən növü sayılır. Bu növə sahə, aptek və ya dərman zəncirotu da deyilir. Zəncirotu ən çox sahələrdə, istifadə olunmayan ərazilərdə, yol kənarlarında bitir. Rusiyada, Belorusiyada, Qafrazda, Ukraynada və Orta Asiya ölkələrində yabanı halda yetişir.
* Adi zəncirotu – Rusiyanın qırmızı kitabına düşüb. Zəncirotunun bu növü çiçəklərinin rənginin digər növlərdən fərqləndiyinə görə seçilir. Onun ləçəklərinin orta hissəsi ağ, kənarları isə sarı rəngdə olur.
* Ağbəniz zəncirotu – Kamçatkada bitir. Bu uzaq şimal ölkələrində dekorativ çiçək hesab edilir.
* Payız zəncirotu - ən çox Krım yarımasında, Balkan ölkələrində bitir.
* Düzyarpaq zəncirotu – Yaponiyada, Çində, Koreyada və Primorskda bitir.
Zəncirotu 10-50 sm hündürlüyünə qədər qalxa bilir. Onun uzun yarpaqlarının kənarları kəsik, dişli formada, kökü isə mil olub 20 sm dərinliyə qədər uzana bilir. Onun toxumları yumşaq və uçucu olur.
Zəncirotunun faydalı xüsusiyyətləri
Bu bitkinin 100 qramının tərkibində aşağıdakı maddələr var:
- Su – 85,6 qr
- Zülal – 2,7 qr
- Yağlar – 0,7 qr
- Karbohidratlar – 9,2 qr
- Qida lifləri – 3,5 qr
- Kalori – 45 kKal.
Zəncirotunun tərkibi kalsium, kalium, natrium, fosfor, maqnium, dəmir, selen, sink, marqanes, C, E, PP, K, A, B1, B2, B6, B9 vitaminləri ilə zəngindir. Zəncirotu qurudulduqdan sonra da onun tərkibində olan vitaminlərin keyfiyyəti itmir. Zəncirotu çiçəyində karotinoidlər( taraksantin, kauçuk, selik, flavonsantin), uçucu yağlar, triterlenov spirti(arnidol, faradiol), inulin, qatran, kauçuk, A, B1, B2, C vitaminləri və mineral duzlar var. Zəncirotu kökünün 25%-ni inulin, triterpenov birləşmələri(amirin,tarakserol və s.) tanin maddələri, qətran, mineral duzlar(çoxlu miqdar kalium), inozitlər, steroidlər, xolin, vitaminlər, kauçuk, uçucu yağlar, flavonoidlər var.
Zəncirotundan hansı məqsədlə istifadə edilir?
* Qurudulmuş zəncirotundan müxtəlif bitki çaylarının hazırlanmasında istifadə edilir.
* Zəncirotunun yaşıl yrpaqlarını duzlu suda isladıb, sonra üstünə istiot səpərək yedikdə dadlı olur.
* Təzə açmış zəncirotu çiçəklərini marinadlaşdırıb dəmləmələrin və losyonların hazırlanmasında istifadə edilir.
* Zəncirotu çiçəyinin şirəsi kosmetologiya sahəsində geniş istifadə olunur.
Müalicəvi xüsusiyyətləri
Uzun illər boyu zəncirotundan orqanizmin yeniləşməsi üçün istifadə edilib. Onun həzm sistemini sürətləndirdiyi, mədə şirsinin ifraz olunma funksiyasını yaxşılaşdırdığı, iştahanı artırdığı, metobolizmi normallaşdırdığı öz sübutunu tapıb. Zəncirotu öd durğunluğu zamanı yığılıb qalmış ödün axmasını sürətləndirir, qanda şəkərin miqdarının artmamasını nəzarət altında saxlayır, orqanizmin tonusunu yüksəldir, immuniteti artırır. Zəncirotundan həm tibbdə, həm də xalq təbabətində istifadə edilir. Onun kökü qanda olan xolesterinin miqdarının azalmasına səbəb olur. Zəncirotundan hazırlanmış şirə qaraciyərin fəaiyyətini yaxşılaşdırır. Zəncirotu kökünün üyüdülmüşündən əldə olunan tozu yaralara səpdikdə qısa bir zamanda sağalır. Bu tozu içdikdə qanda şəkərin miqdarı aşağı düşür. Oftolmoloqlar zəncirotu kökündən hazırlanan tozu içən adamların görmə qabiliyyətlərinin yaxşılaşdığını söyləyirlər. Uzun müddət onu qəbul eləmək isə gözün katarakt xəstəliyinin əlamətlərinin azalmasına səbəb olur. Zəncirotu bitkisinin müalicəvi xüsusiyyətləri çox genişdir. Bu səbəbdən də onu dünyanın ən qiymətli dərman bitkiləri ilə müqayisə eləmək mümkündür. Braziliyada zəncirotunun sinqa, qaraciyər və sidik sistemi xəstəliklərinin dərmanı kimi tanıyırlar. Kosta-Rika apteklərində zəncirotunu şəkərli diabet xəstələri üçün dərmanlar satılan apteklərdə satırlar. Qvatemalada zəncirotundan anemiyanın kopleks müalicəsi və orqanizmin möhkəmlənməsi üçün istifadə edirlər.
Tibbdə zəncirotundan istifadə olunması
Tibbi apteklərdə zəncirotu kökü Taraxacum(Radix), bitkisinin sıxılmış suyunu isə Taraxacum (Ekstraktum spissum)adı ilə satılır.
Qığırdaq toxumanın bərpası üçün hazırlanan xüsusi dərmanın tərkibində zəncirotu var. Bu dərman tamlığı pozulmuş qığırdaq toxumanın bərpa edilməsi üçün hazırlanıb və oynaqların strukturunun bərpasına və hərəkətin normallaşmasına səbəb olur.
Xalıq təbabətində istifadəsi
* 1 xörək qaşığı zəncirotu kökününü 2 stəkan suya əlavə edib zəif odun üstündə 10 dəqiqə qaynadıb, 2 saat saxlanılır. Bu dəmləmədən gündə bir-neçə dəfə, hər dəfə 0,5 stəkan içdikdə orqanizmdə olan artıq maye xaric olunur, öd kisəsi boşalır, qaraciyərin fəaliyyəti yaxşılaşır. Dəmləmə dərman qəbulu səbəbindən korlanmış qaraciyərdə olan toksikoz və antibiotik əlamətlərini aradan qaldırır. Dəmləmə şəkərli diabet xəstələri üçün çox faydalıdır. Zəncirotu dəmləməsi iştahanı artırır, virus əleyhinə təsir göstərir, orqanizmin müdafiə qüvvələrini yüksəldir.
* Zəncirotu çiçəyinin dəmləməsini gündə 2-3 dəfə, hər dəfə yarım stəkandan artıq içmək məsləhət deyil.
* Kökündən hazırlanan miksturadan gün ərzində 1-2 xörək qaşığı içmək qanı təmizləyir, sidikqovucu təsir göstərir, sarılıq, podaqra və dərinin iltihabi xəstəlikləri zamanı çox faydalıdır. Miksturanı hazırlamaq üçün 100 qram zəncirotu kökünü sıxıb,15 qram su və 15 qram qliserinlə qarışdırmaq lazımdır.
* Zəncirotu yarpaqlarından hazırlanmş dəmləmə iştahanın açılmasına səbəb olur. Bunun üçün isə 1 xörək qaşığı xırdalanmış təzə zəncirotu yarpaqlarını 2 stəkan qaynayan suyun içərisinə tökmək və 12 saat saxlamaq lazımdır. Qarışım gündə 3 dəfə yemədən yarım saat əvvəl 1/3 stəkan qəbul edilir.
* Zəncirotu şirəsi revmatizin sağalmasına səbəb olur. Bu zaman eyni miqdarda zəncirotu şirəsi ilə şəkər tozu qarışdırılır və soyuducuda saxalnılır. Gün ərzində 1 çay qaşığı hər dəfə yeməkdən əvvəl içilir.
* Zəncirotundan xolesterinin azalmsı məqsədilə istifadə etdikdə bir orta ölçülü zəncirotu kökünü 3 gün müddətində 1 stəkan suda saxlayıb içmək lazımdır. Gün ərzində qəbul edilən suyun miqdarını artıraraq 400 ml-ə qədər çatdırmaq lazımdır.
* Hepatit zamanı zəncirotu yarpaqlarını gün ərzində yeyilən salatların təkibinə qatmaq lazımdır.
* Çillərdən xilas olmaq üçün də zəncirotundan istifadə edilir. Bunun üçün 2 xörək qaşığı xırdalanmış zəncirotu kökünü 300 ml suda 15 dəqiqə qaynadıb soyuduqdan sonra üzün dərisini silmək lazımdır.
* Görməni yaxşılaşdırmaq məqsədilə 3:2:4 miqdarda zəncirotu kökü, soğan və bal qarışdırılaraq bir-neçə saat qaranlıqda saxlamaq lazımdır. Bu qarışımı gözün üst qapağına kompres şəklində qoymaq kakatartın artmasının qarşısını alır.
Şərq təbabətində istifadəsi
Çinlilər min il əvvəllərdən zəncirotu istifadə edir. Onlar zəncirotunu sidikqovucu, şəkərsalıcı, spazmolitik, xərçəng əleyhinə, antibakterial və göbələk əleyhinə təsir vasitəsi kimi qəbul edirlər.
Orta Asiya ölkələrində zəncirotunun cavan yarpaqlarından qanazlığının müalicəsi zamanı istifadə olunur.
Elmi araşdırmalarda
Zəncirotunun müxtəlif növləri ilə 2000 min ildir ki, Çin təbabəti məşğul olur. Bu səbəbdən də müasir tibb elmi bu bitki üzərində araşdırmalar aparır. Onun faydaları barədə bir çox müasir alimlər də müsbət rəy verirlər. Ondan xərcəngin müxtəlif növlərində(melanoma, dəri xərçəngi və s.) istifadə edilir. Zəncirotu orqanimdəki sərbəst radikallara qarşı mübrizə aparır, toksinləri xaric edir, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qaşısını alır. Zəncirotunun tərkibindəkilər xərçəng xəstəliyi zaman da xəstəliyin artmasının qarşısını alır.
Kulinariyada və dietologiyada
Zəncirotundan hazırlanan ən məşhur resept zəncirotu şərabıdır. Dünyaca məşhur fantastik əsərlər yazan Rel Bredberi özünün “Zəncirotu şərabı” romanını da buna həsr etmişdir. Bu şərabın hazırlanması çox sadəddir. 4,5 litr suya, yarım stəkan şəkər tozu və 500 qram kişmiş əlavə edib qarışdırmaq lazımdır. Qarışıma 10 qram şərab mayası və 4,5 litr qazanı dolduracaq qədər zəncirotu ləçəkləri əlavə olunur. Qarışım qaynadılır və süzülüb bir-neçə gün saxlanılır. Soyuduqdan sonra isə ona 4 limonun şirəsi əlavə edilir.
Bəzi ölkələrdə zəncirotunu kofeyə əlavə edirlər, bəzilərində isə onun ləçəklərindən mürəbbə bişirilir.
Zəncirotunun zərərli və təhlükəli xüsusiyyətləri
Zəncirotu orqanizmdə qəbul edilən dərman preparatlarının təsirini azalda bilir. Zəncirotu orqanizmin turşuluğunu azaltmaq qabiliyyətinə malikdir. O mədə şirəsinin azalmasına səbəb ola bilir.
Qandurulducu dərmanlarla qəbul edlməsi qanaxmalara səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Zəncirotu, acıqovuq(Lat.Taraxacum officinale) faydaları" haqqında müzakirə