Qara zirə və ya çörəkotunun faydaları

  • Müəllif: elnare
  • Tarix: 12 yanvar 2017
  • Baxış sayı: 4 598
  • 0 rəy

Qara zirə və ya çörəkotunun faydaları.
Qara zirə toxumu orqanizm hüceyrələrindəki maddələr mübadiləsini yaxşılaşdırdığına görə, immun sistemin fəaliyyətini gücləndirir. O hüceyrələrin yenilənməsi və inkişafında mühüm rol oynayır. Qara zirə haqqında qədim tibbi kitablarda da əlyazmalara rast gəlmək olur. Peyğəmbərimiz qara zirə haqqında “bütün dərdlərin dərmanı” ifadəsi ilə onun faydalarını insanlara çatdırmaq istəmişdir. Qədim tibbi kitablarda da İbn Sina qara zirənin faydaları haqqında çox yazmışdır.
Qara zirə toxumunun tərkibində bir-çox kimyəvi maddələr var:
– protein
– uçucu yağlar
– sabit yağlar
– melatin
– saporin
– nigelin
– tanen
– xam lif
– karbohidrat
– likopen.
Qara zirənin orqanizmə faydaları bunlardır:
Qara zirə hormonların mübadiləsinə və inkişafına müsbət təsir edir.
Allergiyanın müalicəsində və qarşısının alınmasında qara zirənin mühüm rolu var.
Hüceyrələrin məhv olunmasının qarşısını alır, yenilərinin əmələ gəlməsini sürətləndirir.
Qara zirə qanda xolesterolun miqdarını azaldır, qanın damarlarda normal fəaliyyətini təmin edir.
Qara zirə qan laxtalanmasının qarşısını almaqla infarkt riskini azaldır.
Qara zirə yağı qəbul edənlərin dərilərində olan yaraların sağalma prosesi tezləşir və o çapıq izlərini aradan qaldırır.
Orqanizmin xəstəliklərə qarşı müdafiə gücünü bərpa eləmək üçün hər gün bir miqdar qara zirə toxumu yemək və ya bir qaşıq yağını içmək kifayətdir.
Qara zirə toxumu və ya yağından əsəb xəstəliklərinin sağalmasında da geniş istifadə edilir.
Qara zirə yağından hər gün 1 qaşıq acqarına içmək mədə və bağırsaqlardakı yaraları sağaldır.
Profilaktika məqsədilə hər gün bir miqdar qara zirə və ya yağını qəbul eləmək xərçəng riskini tamamilə azaldır.
Qara zirə toxumunun faydalarını saymaqla qurtarmaq olmaz. O tərkibində olan B1, B2, B6 vitaminləri, amin turşuları, dəmir, kalsium, maqnezium, sink və seleniumla orqanizmin mineral balansının ödəmək qabiliyyətinə malikdir. Qara zirə və ya çörək otu toxumundan hazırlanan müxtəlif ekstratlar qurdqovucu, bakteriya və göbələk əleyhinə təsir göstərməklə yanaşı südartırıcı təsirə malikdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qara zirə və ya çörəkotunun faydaları" haqqında müzakirə