Kinoa haqqında
Qida sənayesində tətbiqi
Kinoa vegeteryanların ən çox istifadə etdiyi qida məhsullarındandır. Ondan qarnır kimi istifadə edilir. Kinoa aşağıdakı kimi hazırlanır:
1. Kinoa dənləri çoxlu yuyulur( yaxşı yuyulmadıqda dadı acı olur)
2. Kinoa qaynadılmır(onu qaynatdıqda əriyir)
3. Bişirərkən bir-birinə yapışmaması üçün qarışdırılır.
Onunla bulyon bişirərkən qısa müddət ərzində qaynatmaq lazımdır. Kinoadan da düyü kimi müxtəlif qidaların hazırlanmasında istifadə edilir. Onu ət, balıq, tərəvəz, sousların hazırlanmasında istifadə etmək olur. Bu dənli bitkinin dənlərini qozla bişirdikdə dadlı yemək alınır. Kinoanın qida dəyərinin aşağı düşməməsi üçün onu qaynar suda saxlayıb yemək lazımdır. Bu zaman onun tərkibində olan vitamin və minerallar öz tərkibini olduğu kimi saxlayır. Onu bişirib suyunu süzdükdən sonra salatlara əlvə etmək olur. Kinoanı istənilən yeməyə qarnir kimi təqdim etmək olur. Kinoa makaron və çörəyi əvəz edə bilir. O bişirildiyi zaman unikal dada malik olan dənli bitkidir. 100 qram kinoa dəninin tərkibində 368 kalori var.
Faydalı tərkibi
Bu dənli bitkinin tərkibində qiymətli bitki zülalları var. Bu bitki dənlərindən hazırlanan qidalar uşaqlar, hamilələr, idmançılar, fiziki və zehni işlə məşğul olanlar üçün çox faydalıdır. Onun tərkibi vitamin, mineral , arqinin, izoleysin, qisidin, lizin, leysin, metioninsistein, triptofan, treonin, fenilalalin, tirozin aminturşuları ilə zəngindir. Kinoanın tərkibində olan lizin, kalsiumun orqanizm tərəfindən sorulmasını asanlaşdırır, zədələnmiş yara və toxumaların qısa müddətdə sağalmasına səbəb olur. Onun tərkibindəkilər boyun uzanmasını sürətləndirir, sümük sisteminin düzgün formalaşmasına səbəb olur. Kinoanın tərkibində yüksək miqdarda lesitin turşusu, qlisin, qlütamin turşusu, serin, prolin, sistein, tirezin var. Onun tərkibi folat, riboflovin, liflələ zəngindir.
Müalicəvi xüsusiyyətləıri
Onun tərkibində maqniumun miqdarı yüksək oldduğuna görə ürək-damar sistemi xəstələri üçün çox faydalıdır. O damarlarda olan gərginliyin aradan qalxmasına səbəb olub, ürəyin işini normallaşdırır. Ürək xəstəliklərindən, miqrendən, artıq çəkidən xilas olmaq istəyənlər üçün kinoa dənlərindən hazırlanmış qidaları qəbul etmək məsləhət görülür. Artrit xəstələrinin və yaşlı adamların kinoa dənlərindən hazırlanan qidalar yeməyi məsləhət bilinir. Kinoa qanda şəkərin miqdarını aşağı salır, anemiya əlamətlərini aradan qaldırır və ürək faliyyətini yaxşılaşdırır. Kinoa hamilə və uşaqəmizdirən qadınlar üçün əla qida vasitəsidir. Ondan istifadə eləmək orqanizmi möhkəmləndirir, immunitetin artmasına səbəb olur. Ağır xəstəliklərdən və əməliyyatlardan sonra kinoa ilə qidalanmaq orqanizmin itirilmiş enerjisinin bərpa olunmasına yardım edir.
Kosmetologiyada istifadəsi
Kosmetologiyada kinoa toxumlarından skrabların və sellüit əleyhinə kosmetoloji preparatların hazırlanmasında istifadə edilir. O dəriyə liftinq təsiri bağışlayır.
Kinoanın zərərli xüsusiyyətləri
Kinoanın tərkibində çoxlu züllallar və oksalat duzları var. Ondan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməyiniz tövsiyə edilir. Çünki bu maddələr böyrəklərdə patologiyaların əmələ gəlməsinə və podaqraya səbəb ola bilir. Davamlı olaraq kinoa ilə qidalanmaq uşaqlarda allergiyanın əmələ gəlməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kinoa haqqında" haqqında müzakirə