Şirin bibərin faydaları

  • Müəllif: elnare
  • Tarix: 4 aprel 2018
  • Baxış sayı: 4 424
  • 0 rəy

Şirin bibər birillik tərəvəz bitkisi olub, qırmızı, yaşıl, sarı, narıncı, qəhvəyi rəngdə olan növləri vardır. Bu bitki Amerikanın tropik rayonlarında yabanı halda yetişir. Bu səbəbdən də bibərin vətəni Amerika hesab edilir. Bibər Amerikanın cənub, subtropik və tropik bölgələrində yabanı halda yetişməyinə baxmayaraq dünyanın bütün ölkələrinin mətbəxində istifadə edilir. Bibər müxtəlif isti ölkələrdə də yetişdirilir.
Bibərin ən çox yayılan 4 növü (Peru, Kolumbiya,Meksika,sərbəst şəkildə bitən) var.
Şirin bibər XIX əsrdən mətbəxdə qida kimi istfadə edilir. XIX əsrə kimi isə ondan müalicə məqsədilə xalq təbabətində geniş istifadə edilib. Şirin bibərin tərkibi C, B1, B2, B9, P, PP və karotinlə zəngindir. Tərkibində olan bu vitaminlərə görə mütəxəssislər yaşlı adamlara, şəkərli diabetdən, yaddaş pozğunluqlarından, yuxusuzluqdan, fiziki gücün azalmasından əziyyət çəkənlərə hər gün şirin bibər yeməyi məsləhət bilir.Onun tərkibində olan C vitamininin miqdarı limonun və qara yemşanın tərkibində olan C vitamininin miqdarına bərabərdir. Askorbin və P vitamininin qarışımı qan damarlarının divarlaını möhkəmləndirdiyinə və bunların hər ikisinin miqdarının bu tərəvəzdə çox olduğuna görə həkimlər hər gün şirin bibər yeməyi məsləhət görür. Şirin bibər yemək orqanizm üçün çox faydalı hesab edilir. Şirin bibərin tərkibində çoxlu makro və mikro elementlər (maqnium, kalsium, kalium, yod, xrom, sink, marqnes, kükürd, kolbat və s.) vardır. Şirin bibərin immunitet zəifliyi, qan azlığı, keçəlləşmə və osteoparozun müalicəsi zamanı faydası çox böyükdür. Şirin bibəri qan xəstəlikləri, diş əti qanaxmaları, ağqanlılıq və sümüklərin tez-tez sınması zamanı istifadə etdikdə xəstəliyin əlamətləri aradan qalxır. O həzmi, bağırsaqların peristaltikasını artırır və bağırsaq möhtəviyyatının xaric olunmasını sürətləndirir. Şirin bibərin tərkibində olan kalsaisin maddəsi ona xüsusi dad verir. Bu maddə arterial təzyiqi aşağı salmaq, qanı təmizləmək və trombları əritmək qabiliyyətinə malikdir. Şirin bibər orqanizmi xərçəng xəstəliklərindən qoruyur, qanda xolesterinin və triqliseridlərin miqdarını aşağı salır.
Şirin bibər tərkibində orqanizm üçün təhlükəli maddə sayılan pestisid olan 10 qida məhsulunun tərkibinə daxildir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şirin bibərin faydaları" haqqında müzakirə