
Arpa yarması
Arpa yarmasının tərkibi amin turşularla zəngindir. Onun tərkibində çoxlu miqdarda lizin var ki, bu da kollagenlərin istehsal olmasını sürətləndirir. Bu proses dərinin sığallı olmasına və qırışların aradan qalxmasına səbəb olur. Arpa yarmasının tərkibi dəmir, kalium, kalsium, sink, marqans, molibden, kolbat, mikroelement və vitaminlərlə zəngindir. Onun tərkibində olan fosfor, B, A, D, E, PP vitaminləri orqanizm üçün çox faydalı təsirlərə səbəb olur.
Arpanın tərkibində olan liflər və zülallar buğdanın tərkibində olandan çoxdur. Davamlı olaraq arpa yemək dərinin gözəlləşməsinə, elastikləşməsinə və möhkəmlənməsinə səbəb olur. Arpa yemək sümük sistemini və dişləri möhkəmləndirir. Onun tərkibində olanlar orqanizmə antioksidant təsir bağışlayır. Arpa yarmasının tərkibində olan selenin miqdarı düyüdə olan selenin miqdarından 3 dəfə çoxdur. Dəri xəstəlikləri zamanı arpa yarması yemək xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Arpa yarması yemək öskürməni, qəbizliyi, soyuqlamanı aradan qaldırır, süd vəzi xəstəliklərinin sağalmasını sürətləndirir, piylənmənin qarşısını alır.
Arpa sıyığı orqanizmə sidikqovucu, bəlğəmgətirici, qan təmizləyici, sakitləşdirici, iltihab əleyhinnə təsirə malikdir. Öskürək, soyuqlama, piylənmə, qəbizlik, süd vəzi xəstəlikləri zamanı arpa yarmasından istifadə etməkdə fayda var. Arpa yarmasından müxtəlif dietlərdə istifadə edilir. O qaraciyər üçün çox faydalıdır. Südəmizdirən analara arpa yarmasından hazırlananan sıyıq yemək məsləhət görülür. Bu ananın südünün artmasına səbəb olur.
Arpanın zərərli xüsusiyyətləri
Hamilə qadınlara həddindən çox arpa yemək məsləhət göprülmür. Bu onlarda qlüteinin miqdarının artmasına səbəb olur. Həddindən çox arpa yeyən kişilərdə cinsi zəiflik müşahidə edilə bilir.
Tərkibində olan amin turşuları bəzən allergiya xəstəliklərinin baş verməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Arpa yarması" haqqında müzakirə