Albalının faydaları

  • Müəllif: elnare
  • Tarix: 19 may 2018
  • Baxış sayı: 2 486
  • 0 rəy

Albalı 3-4 metr hündürlüyə qədər qalxa bilən ağacın meyvəsidir. Onun yarpaqları tünd yaşıl, çiçəkləri isə ağ, bəzən isə çəhrayı rəngə malik olur. Albalı çiçəklərinin diametri 2-3 santimetr olur və yazın ilk aylarında çiçək açır. Albalı kiçik, yumru, tünq qırmızı və turşaşirin dada malik olur. Onun çiçəklənməsi və yetişməsi bitdiyi bölgənin iqlimindən asılı olaraq yayın müxtəlif aylarında baş verə bilir. Albalı ağacı adətən əkildikdən 3 il sonra bar verməyə başlayır və 15-20 il ömür sürür. Albalının kalorisi 290 kKal, enerji dəyəri isə yetərincədir. Onu həddinddən çox yemək artıq çəkinin əmələ gəlməsinə səbəb ola bilir. Onun 100 qram qurusunda 52 kKalori var.
100 qram albalıda olan qida dəyəri:
- Zülallar – 0,8 qr
- Yağlar – 0,2 qr
- Karbohidratlar – 10,6 qr
- Su – 84,5 qr
- Kalori – 52 kKal.
Albalının tərkibi çoxlu faydalı maddələrlə zəngindir. Bu maddələrə E, C, PP, B1, B2, B9 vitaminləri, karotin, fol turşusu, təbii turşular, kalium, maqnium, natrium, fosfor, yod, dəmir, pektin, sink, marqanes, ftor və s. aiddir. Albalının tərkibindəkilər ağciyər xəstəlikləri, qan azlığı, böyrək xəstəlikləri, artroz və qəbizlik zamanı çox faydalı təsir göstərir. Albalının tərkibində olan və ona rəng verən antosian orqanizm tərəfindən asan sorulur və qanın laxtalanmasının qarşısını alır. Onun bu xüsusiyyəti arteriya damarlarının ateresklerozunun qarşısının alınmasına səbəb olur. Tərkibində olan C, B qrup vitaminləri, dəmir, maqnium, kolbat, piqmentlər isə qan azlığı zamanı çox faydalıdır. Albalının tərkibində olan mikroelementlər qan azlığı əlamətlərini aradan qaldırır, pektin maddəsi isə şlakların orqanizmdən xaric olunmasına səbəb olur.
Albalının ləti bakteriasid təsirə malikdir. Albalı şirəsindən psixoloji xəstəliklər, artrit xəstəlikləri zamanı istifadə etməkdə fayda var. O sakitləşdirici, bəlğəmgətirici, susuzluğu aradan qaldırmaq xüsusiyyətlərinə malikdir. Albalı şirəsi iştahanı artırır, orqanizmdə xərcəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, orqanizmdə sidik tirşusunun miqdarını azaldır. Davamlı olaraq qida rasionuna albalı əlavə eləmək podaqra xəstəliyinin əlamətlərini azaldır.
Albalının tərkibində olan askorbinlə P vitamini qarışımı orqanizmdə olan kapilyarların tonusunu artırır və orqanizmi möhkəmləndirir.
Davamlı olaraq qida rasionunda albalının olması ürək tutmalarının miqdarını azaldır. Tərkibində faydalı maddələrin çox olması albalının xalq təbabətində geniş istifadə edilməsinə səbəb olur. Onun budaqlarının dəmləməsindən ishal əleyhinə istifadə edilir. Bu dəmləmə kolit və bağırsağın atoniya xəstəliyinin əlamətlərini aradan qaldırır. Əzilmiş albalı yarpaqları dəri qanaxmalarının dayanmasına səbəb olur. Albali şirəsi mərkəzi sinir sisteminə təsir edərək onun sakitləşməsinə səbəb olur. Ötən əsrdə hətta bəzi həkimlər epilepsiya tutmalarından əziyyət çəkən xəstələrə albalı şirəsi içmək tövsiyə ediblər. Xroniki qəbizlik və soyuqdəymə zamanı da albalı şirrəsi içməkdə fayda var. Xalq təbabətində albalı və süd qarışımından artritlərin sağalması məqsədilə istifadə edilir. Bu qarışım yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı bəlğəmgətirici təsir bağışlayır. Albalının tərkibi bioloji aktiv maddələrlə zəngindir. Bu maddələr ürək tutmalarının qarşısını alır, mədə və sinir sistemi xəstəliklərinin sağalmasını sürətləndirir. Sarılıq zamanı albalı yarpaqlarını süddə dəmləyib içmək əlaməti aradan qaldırır. 
Albalını dondurub, donu açıldıqdan sonra yemək qanda şəkərin miqdarının azalmasına səbəb olur. Albalı qızdırmanın aşağı düşməsinə səbəb olur. Bunun üçün 100 qram albalını zəif odun üstündə 35 qram su ilə qaynadıb soyuduqdan sonra içmək lazımdır.
Albalının zərərli xüsusiyyətləri
Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən adamlara çoxlu miqdarda albalı yemək olmaz. Meyvənin tərkibində olan turşuluq xəstəliyin əlamətlərinin kəskinləşməsinə səbəb olur. Mədə turşuluğu yüksək olan adamlara da çox miqdarda albalı yemək məsləhət görülmür. Albalı yedikdən sonra ağızı yaxalamaq lazımdır, çünki meyvənin turşuluğu dişlərin emalının korlanmasına səbəb ola bilər.
Albalı yeyərkən onun tumunu çıxarmaq lazımdır. Yoxsa onun tərkibinddə olan sinil turşusu orqanizm üçün zəhərlidir.
Albalıdan hazırlanan kompotları və mürəbbəni uzun müddət saxlamaq olmaz. Bu zəhərlənməyə səbəb ola bilər. Zəhərlənmənin səbəbi isə albalı çəyirdəyinin bir-neçə il ərzində həmin qidalara olan toksiki təsiridir. Piylənmədən və şəkərli diabetdən əziyyət çəkənlərə çoxlu miqdar albalı yemək tövsiyə edilmir. Xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkənlər albalı yemək istəyərkən həkim ilə məsləhətləşmələri lazımdır. Bu qaraciyərin işinin çətinləşməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Albalının faydaları" haqqında müzakirə