Alça
100 qram alçanın qida dəyəri:
- Zülallar – 0,2 qram
- Yağlar – 0,1 qram
- Karbohidratlar – 8 qram
- Su – 89 qram
- Kaloriliyi – 30 kKal.
Alçanın tərkibində PP, A, B1, B2, C, E vitaminləri, kalum, maqnium, natrium, fosfor, dəmir var. Alça həm təzə, həm də qurumuş halda orqanizm üçün çox faydalıdır. Bu meyvə hamilə qadınlara, boyunun uzanmasını istəyən adamlara, uşaqəmizdirən analara çox faydalıdır. Təzə sıxılmış alça şirəsi ilə kamfora qarışımını yaralara sürtdükdə yaralar tez sağalır. Qaraciyər, böyrək xəstəliklərində, impotensiya zamanı alça çiçəklərindən hazırlanmış dəmləmə çox faydaladır. Alçanın çəyirdəyindən alınan yağın tərkibi badam yağının tərkibinə çox yaxındır. Alça çəyirdəyindən alınan yağın tərkibi qlükozid, benzol aldehidi, sinil turşusu ilə zəngindir.Alça çəyirdəyindən alınan yağdan kosmetologiyada sabun hazılamaq üçün istifadə edilir. Alça aşağıdakı xəstəliklər zamanı çox faydalıdır:
- Soyuqdəymə
- Böyrək xəstəlikləri
- Cinsi zəiflik
- Qəbizlik
- Hepatit
- Xolisistit.
Alçanın Ziyanı
Həddindən çox alça yemək mədə-bağırsağın qıcıqlanmasına və mədə turşuluğunun artmasına səbəb ola bilir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Alça" haqqında müzakirə