Toyuq ətinin faydaları
100 qram toyuq ətinin qida dəyəri:
- Zülallar – 14,7 qr
- Yağlar – 15, 7 qr
- Karbohidratlar – 13,9 qr
- Su – 52,7 qr
- Kalori – 190 kKal.
Toyuq ətinin tərkibində B6 vitamini, çoxlu zülallar və qlütamin var. Bu səbəbdən də o ürək-damar və sinir sistemi xəstələri üçün əla qida vasitəsi sayılır. Toyuğun tərkibində olan zülallar və qlütamin mərkəzi sinir sistemini və orqanizmi möhkəmləndirir. Toyuq ətində olan niasin sinir hüceyrələri üçün əsil dərman hesab edilir. Niasin ürək fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin miqdarını nəzarət altına alır və mədə şirəsini artırır. Toyuq ətinin insan orqanizmi üçün faydalı olması qədim zamanlardan məlumdur. Şərq ölkələrində toyuq əti ən faydalı ətlərdən hesab edilir. Ona görə də əməliyyatlarda sonra, yaşlı və körpə uşaqlara toyuq əti yeməyi məsləhət görürlər. Toyuq əti qocalma səbəbli meydana çıxan xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur. Onun tərkibində olan lizosin orqanizmdə mikoorqanizmlərin həll olmasına və ölməsinə səbəb olur. Lizosin qurd yumurtalarını da məhv edir.
Toyuq yumurtası insan üçün ən vacib qidalardadır. Onun tərkibi saysız-hesabsız faydalı maddələrlə zəngindir. Yumurtanın tərkibində 12 növ vitamin və çoxli mikroelementlər var. Yumurta sarısında çoxlu proteinlər, vitaminlər, lipidlər və başqa maddələr var. Yumurta qabığının 90%-i kalsiumdan ibarətdir. Onun sarısında olan lisitin orqanizmdə yağ mübadiləsinin sürətlənməsinə səbəb olur. Yumurta sarısında əksər növ vitaminlər, o cümlədən D vitamini də var. Tərkibində olanlara görə yumurta təkcə balıq yağından geri qalır. Mütəxəsissilər D vitamini çatışmazlığı zamanı yumurta sarısı yeməyi məsləhət bilir. Bu səbəbdən də pediatrlar azyaşlı uşaqlara həftədə ən azı 3 dəfə yumurta sarısı yeməyi tövsiyə edirlər.
Toyuq ətinin zərərli xüsusiyyətləri
Toyuq ətinin tərkibində histaminlər var. Bu allergiyaya səbəb ola bilər. Son illərdə bir çox ölkələrin toyuqlarında salmanello mikrobu aşkar edilmişdir. Bu mikrob orqanizmə daxil olub xəstəliklər törədə bilir. Toyuq ətində olan bakteriyalar insan orqanizmində xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən də onu yaxşı qaynatmaq lazımdır. Femalarda toyuqların tez böyüməsi üçün onlara müxtəlif antibiotiklər, hormonlar və s. verirlər. Bu şərtlər altında böyüyən toyuqlar insan orqanizmi üçün zərərli sayılır.
Həddindən çox yağlı və qızardılmış toyuqda xolesterinin miqdarı çox olduğuna görə o xolesterinin artmasına və piylənməyə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Toyuq ətinin faydaları" haqqında müzakirə