Yayda gənə ensefaliti

  • Müəllif: elnare
  • Tarix: 6 yanvar 2017
  • Baxış sayı: 2 576
  • 0 rəy

Yayda gənə ensefaliti.
Yay gənələrin aktiv həyat tərzi keçirdikləri bir fəsildir. Gənə ensefalitləri öz qurbanlarını meşədə, dağlıq ərazilərdə, bağlarda axtarır. Gənə ensefaliti bağ evlərində toyuqlar arasında da yayılır və insana yoluxa bilir. Buna görə də bağ evlərində yaşayan adamlar toyuqlar arasında ölüm halına rast gəldikdə baytara müraciət etməlidir. Xəstəlik gənənin insanı sancdığı zaman baş verir. Şərq ölkələrində gənələrin törətdiyi ensefalitlər bədxassəli, Qərb ölkələrində isə xoşxassəli olur. Xəstələtdə bəzi simptomlar özünü göstərir:
*intoksikasiya əlamətləri
*beyinin iltihabı
*parez
*iflic
Xəstəlik insana gənənin birbaşa dişləməsi ilə əlaqədar olaraq deyil, xəstə gənə sancan heyvanın südü ilə də yoluxa bilir. Gənə ensefaliti xəstəliyinə qarşı insan orqanizmi çox həssasdır.
Sizlərə tövsiyəmiz yay aylarında sağlamlığınıza xüsusi diqqətlə yanaşmağınızdır. Yaşıllıqların sıx olduğu məkanlara gedərkən çalışın bədəninizin açıq sahəsi az olsun.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yayda gənə ensefaliti" haqqında müzakirə