Manna yarması
- Müəllif: elnare
- Tarix: 23 aprel 2018
- Baxış sayı: 10 583
- 0 rəy
Manna 0,25-0,75 mm ölçüdə olan dənələrdir. O buğdanın bərk növündən alınır. Mannadan müxtəlif qidaların, ən çox da manna sıyığının hazırlanması zamanı istifadə edilir. Mannadan hazırlanan sıyıq uşaqların ən sevimli qidalarından biridir. Bu yemək dadlı olduğuna görə uşaqlar tərəfindən, asan və tez bişdiyinə görə isə analar tərəfindən sevilən qiddalardandır. Manna tez həzmə gedir və orqanizm tərəfindən asan sorulur. Onun tərkibində çox az miqdarda liflər var. Mədə-bağırsaq xəstəlikləri, əməliyyatlardan sonra manna sıyığı yemək çox faydalıdır. Manna bağırsaqların aşağı hissələrinə qədər gedə bilən və nazik bağırsaq divarlarından sorula bilən yeganə dənli bitkidir. O orqanizmə güc verir, mədə xəstəliklərinin sağalmasını sürətləndirir, bütün növ bağırsaq yaraları zamanı xəstəliyin sağalmasını sürətləndirir, orqanizmi selikdən təmizləyir və piylərin əriməsinə səbəb olur. Mannanın tərkibində liflərin miqdarı çox az, bitki tərkibli zülalların və nişastanın miqdarı isə çoxdur. Onun tərkibi vitamin və minerallarla zəngindir. Mannanın tərkibində çoxlu miqdarda qlütein var. Bəzi insanlarda qlüteinə qarşı dözümsüzlük var. Bu insanlarda ağır irsi çölyak xəstəliyi zamanı olur. Bu xəstəlik hər 800 Avropa vətəndaşından birində mövcuddur. Bu xəstəlik zamanı xəstələrin bağırsaqlarında qlüteinin və piylərin sorulması prosesi baş vermir. Bu da allergiya reyaksiyalarının baş verməsinə səbəb olur. Bu zaman bağırsaqlarda tez-tez ishal meydana çıxır. Mannanın tərkibində fitin var ki, bunun da tərkibi fosforla zəngindir. Bu kalsium duzlarını özünə çəkir və onun qana sorulmasına şərait yaradır. Kalsium mineralının isə daima qanda olması vacibdir. Onun miqdarının az olması sümüklərin zəifləməsinə səbəb olur. Burdan belə nəticəyə gəlmək olur ki, manna sıyığını azyaşlı uşaqlara vermək onlarda raxitin inkişaf etməsinin qarşısını alır. Bu səbəbdən də uşağa gün ərzində 2-3 dəfə manna sığıyı yedizdirmək onların sağlam inkişafı üçün vacib sayılır. Pediatrlar əksər hallarda uşaqların sağlam böyüməsi üçün onlara manna yarmasından hazırlanmış püre yedizdirməyi məsləhət bilir. Manna sıyığının tərkibində nişasta, zülallar, B1, B2, B6, PP vitaminləri, çoxlu miqdarda dəmir var. Ağır xəstələrə, əməliyyatdan çıxan xəstələrə, mədə qıcıqlanmaları olanlara manna sıyığı yeməkdə fayda var.
Mannanın zərərli xüsusiyyətləri
Tərkibində nişastanın çox olduğuna görə bəzi uşaqlar manna sıyığı yeməyi xoşlamırlar. Onun tərkibində olan bəzi maddələr uşaq bağırsaqlarının miklroflorasına pis təsir edə bilir. Bu zaman orqanizm tərəfindən D vitamininin sorulması çətinləışir. Yaşlı adamlara mannı yemək çox faydalıdır, amma, onların qanında hipermineralizasiyanın çox olduğu zamanlarda çoxlu miqdarda manna yemək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Manna yarması" haqqında müzakirə