Kəsmik(tvaroq)
Kəsmik süd turşusu məhsullarından hesab edilir. Onu kefiri qaynaqmaqla əldə edirlər. Kəsmik(tvaroq) əldə eləmək üçün qatığı qaynatmaq və süzmək lazımdır. Keyfiyyətli kəsmikdə 18%, orta yağlılıqla olan kəsmikdə 9%, yağsız kəsmikdə isə 3% yağlılıq olur.
Təbii kənd südündən hazırlanan kəsmiyin qidalılıq dəyəri və keyfiyyəti daha yüksək olur. Onun tərkibi süd turşuları və zülallarla çox zəngindir. Kəsmikdən həm qida kimi, həm də müxtəlif şirniyyatların hazırlanması zamanı istifadə edilir.
Kəsmiyi soyuducuda 2-3 gün 0-8* tempraturda, qapağı bağlı şəkildə saxlanılır. Kəsmik ən dəyərli süd məhsullarındandır. Onun tərkibi kalsium duzları ilə zəngindir. Kəsmikdə 14-18* yağlılıq olur. Onun tərkibində çoxlu miqdarda yaxşı balanslaşdırılmış zülallar var. Kəsmiyin tərkibində liflər yoxdur. Onun tərkibində olan zülallar heyvani(balıq, toyuq və ət)zülallardan üstündür.
Kəsmiyin tərkibində olan ən yüksək yağlılığın miqdarı 20% olur. Az yağlılığı olan kəsmik dietik qida hesab edilir. Kəsmiklə qidalanmaq qanda xolesterinin miqdarının aşağı düşməsinə səbəb olur. O qaraciyərin fəaliyyətini yaxşılaşdırır və qaraciyərdə olan piylənmənin qarşısını alır. Kəsmik yemək orqanizmdən toksinlərin xaric olunmasına səbəb olur. Uzun müddət dərman müalicəsindən sonra orqanizmin təmizlənməsi üçün kəsmik yeməkdə fayda var. Orqanizmin və qara ciyərin təmizlənməsi üçün gün ərzində ən azı 300 qram yağsız kəsmik yemək lazımdır.
Kəsmiyin tərkibində əvəzolunmaz yağ turşuları, A, E, P, B2, B6, B12 vitaminləri, fol turşusu, kalium, kalsium, dəmir, natrium, sink, fosfor, maqnium, ftor və s. minerallar var. Onun tərkibində olan bütün vitamin və minerallar orqanizm tərəfindən asan sorulur. Bu səbəblərinə görə də hamilə qadınlara hər gün kəsmik yemək məsləhət görülür.
Mütəxəssislər uşaq qidalarına az miqdarda yağsız kəsmik əlavə etməyi məsləhət bilir.
Kəsmik yemək mədə-bağırsaq və sinir sistemi üçün çox faydalıdır. Atereskleroz və yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün kəsmik yemək məsləhət görülür.
Kəsmik yemək sümüklərin inkişafına və sağlamlığına müsbət təsir edir. Kəsmik yemək boyun uzanmasını sürətləndirir. Kəsmik mədə-bağırsaq, qaraciyər xəstələri üçün dietik qida hesab edilir. Sümük xəstəlikləri və raxit zamanı kəsmik yemək xəstəliyin əlamətlərinin azalmasına səbəb olur.
Kəsmiyin tərkibində olan kazein heyvani zülalları əvəz edir və qidalılıq dəyəri çox yüksək olan məhsullardan hesab olunur. Kəsmik purin mübadiləsi pozğunluğunun aradan qalxmasına yardım edir.
Kəsmik yeməklə ağ ciyər və bronxit xəstəliklərinin sağalmasını sürətləndirmək olur. Bu məqsədlə kəsmiyi balla qarışdırıb pambıq parçaya sürtərək kürək və sinə nahiyəyə qoymaq lazımdır.
Həddindən çox miqdarda kəsmik yemək böyrəklərin fəaliyyətinə pis təsir edir. Buna səbəb isə kəsmiyin tərkibində zülalların miqdarının çox olmasıdır. Artıq çəkidən və piylənmədən əziyyət çəkənlərə çoxlu miqdarda yağlı kəsmik yemək məsləhət görülür. Çoxlu miqdarda yağlı kəsmik yemək atereskleroz xəstəliyinin əlamətlərinin artmasına səbəb olur. Vaxtı keçmiş kəsmik yemək bağırsaq xəstəliklərinin meydana gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kəsmik(tvaroq)" haqqında müzakirə