Marketdən aldığınız bütün qidalara diqqət yetirin. Çünki çinlilər əksər qidaları süni yolla hazırlayır və satışa buraxırlar

  • Müəllif: elnare
  • Tarix: 2 aprel 2017
  • Baxış sayı: 2 940
  • 0 rəy

Çin dünyada mövcuq olan bütün sənaye məhsullarının saxtasını hazırlayan ölkə kimi tanınır. Bu sənaye məlsullarına plastik oyuncaqlar, texniki əşyalar və s. daxildir. Bu mallar bazarlarda ucuz olduğuna görə özünə alıcı sayı yığa bilib.
Çinlilərin əldə etdikləri saxta malların siyahısına son illərdə əldə etdikləri qida məhsulları da əlavə eilib. Onlar süni yolla düyü, kələm, yumurta və s. əldə edə bilirlər. Çinlilərin hazırladıqları plastik düyülər isə demək olar ki, əksər ölkələrdə satışda var. Səhv eşitmədiniz, düyü adı ilə satışa buraxılan plastik düyülərdən bizim ölkəmizdə də satılır. Bu düyülər isə tarlada deyil, xüsusi fabriklərdə istehsal edilir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu düyülər tam sintetik deyil. Onların tərkibi kartof nişastasından və plastikdən ibarətdir. Mütəxəssislərin fikrincə belə düyünü yemək, polietilen paketi yemək kimi bir şeydir. Bu düyüləri təbii düyüdən ayırd etmək asan deyil. Sintetik düyülər hətta əsil düyüdən yaxşı görünüşə malikdirlər. Bu düyülərin fərqi isə təbii olmaması və orqanizm üçün təhlükəli olmasıdır. Düyünün saxta olmasını isə onu qaynatdıqdan sonra təyin eləmək mümkün olur.
Saxta düyülərin alınmasından heç kim sığortalanmayıb. Yəni, istənilən marketlrədə bu cür düyülərə rast gəlmək mümkündür. Onların qablaşdırıldığı paketlərin üzərində isə istehsal olunan şirkətin adı və istehsal tarixi olmur. Bu səbələrdən də mütəxəssislər qida alarkən onun qablaşdırılmasına diqqət yetirməyi, ümumi iri torbalarda satılan düyülərdən uzaq durmağı və ucuz qiymətə aldanıb kiçik marketlrdən alver etməməyi tövsiyə edir.
Mütəxəssislər sağlamlığının qeydinə qalmaq istəyən şəxslərə isə düyünü onu əkib-becərən adamdan almağı məsləhət bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Marketdən aldığınız bütün qidalara diqqət yetirin. Çünki çinlilər əksər qidaları süni yolla hazırlayır və satışa buraxırlar" haqqında müzakirə