Sardina
Sardinanın faydalı xüsusiyyətləri
Sardina balığı orqanizm tərəfindən asan sorulur. Onun tərkibi keyfiyyətli zülallarla zəngindir. Təzə sardınanın tərkibi fosfor, kalium, kalsium, marqanes, kolbat, sink, natrium, ftor, yod və s. zəngindir. Sardina ətinin yağlılığı digər balıqların yağlılığından artıqdır. O digər balıqlardan 2 dəfə artıq kaloriyə malikdir. Sardina ətinin tərkibində olan süzülməmiş yağlar orqanizm üçün çox faydalıdır. Alimlər balıq yağında olan omeqa 3 yağlarının insan beyni və zəkası üçün çox faydalı olduğunu sübut ediblər. Sardina ətində isə omeqa yağlarının çox olduğunu nəzərə alarsaq, o zaman onun ətinin insan üçün nə qədər çox faydalı olduğunu anlamamaq mümkün deyil. Sardina əti yemək görməni yaxşılaşdırır, psorias və dəri xəstəliklərinin sağalmasını sürətləndirir, orqanizmin vitamin və minerallara olan tələbatını ödəyir. Onun tərkibində olan A və D vitaminləri sümük sisteminin möhkəmlənməsinə səbəb olur.
Sardina ətinin tərkibi antioksidantlarla zəngindir. Onun tərkibində koenzim Q10 vardır ki, bu da ən güclü antioksidantlardan hesab edilir. O orqanizmdə meydana çıxan xəstəliklərin qısa zamanda sağalmasına, immun sistemin yaxşılaşmasına səbəb olur. Sardina ən yaxşı delikateslərdəndir.
Sardina ətinin zərərli xüsusiyyətləri
Podaqra və oynaqlarında duz problemləri olan xəstələrə sardina əti yemək məsləhət görülmür. Arterial təzyiqi olan xəstələrə sardina əti yeyərkən diqqətli olmaq məsləhət görülür. Mədə-bağırsaq sistemində xəstəlikləri olan adamlara pomidor souslu sardina yemək məsləhət görülmür. Artıq çəkidən əziyyət çəkənlərə sardina yemək məsləhət deyil.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sardina" haqqında müzakirə