Əzgil

  • Müəllif: elnare
  • Tarix: 9 aprel 2018
  • Baxış sayı: 5 493
  • 0 rəy

Əzgilin 30-a yaxın növü var və onun ağacı əsasən meşədə bitir. Amma bu növlərin içərisindən bəziləri həyətyanı sahələrdə də becərilir. Ən çox da əzgilin alman və yapon növü daha dadlı olduğuna görə bu növlərin yetişdirilməsinə üstünlük verilir. İnsanların 1000 illər əvvəl əzgilin alış-verişi il Mesopotamiyada məşğul olduqları barədə əlyazmara rast gəlinib. Orada qeyd olunan əzgilin şəkli isə ən çox alman növünün şəklinə bənzəyir. Sonralar gəmi ilə onu Qədim Yunanıstana və Romaya gətiriblər. Oradan da əzgil bütün Avropa ölkələrinə yayılıb. Müasir dövrümüzdə əzgilin alman növündən bütün Balkan öklələrində, Orta Asiyada, Krım dağlarında, Zaqafqaziyanın bütün bölgələrində, o cümlədən Ermənistanda, Azərbaycanda, Əlcəzairdə, Yunanıstanda yetişir. Əzgil istisevən bir bitkidir. Əzgil fincan formasında və bir-neçə çəyirdəkdən ibarət olan turşməzə meyvədir. O qəhvəyi-qırmızı rəngdə və gözəl dada malik olur. Əzgilin yapon növünə məxsus olanlarının ağacı isə əsasən Çin və Yapon ölkələridə yetişib, sonradan müxtəlif ölkələrə yayılıb. Bu əzgilin çiçəkləri payızda açır və yaz aylarında meyvələr yetişməyə başlayır. Əzgilin bu forması armudabənzər şəkildə olur və onun içərisində 1-5 ədəd toxum olur. Bu növ əzgilin qabığının rəngi naringi-qəhvəyi rəngdə olur. Əzgili dərdikdən sonra sərin və qaranlıq yerdə saxlamaq lazımdır. Ondan müxtəlif cemlərin, marmeladların, şirələrin, kompotların hazırlanmasında istifadə edilir.
100 qram əzgilin kalori dəyəri:
- Yağlar – 0,8 qram
- Zülallar – 2,1 qram
- Karbohidratlar – 14 qram
- Su – 80,5 qram
- Kalori – 52,5 kKal.
Əzgilin tərkibində şəkərlər, meyvə turşuları, A vitamini, B qrupu vitaminləri, C vitamini, fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s. var. Əzgildən bronxial astma və digər tənəfüs yolları xəstəliklərinin müalicəsi üçün sirkəli dəmləmə hazırlanır. Bunun üçün 5 ədəd əzgili çəyirdəkləri ilə birlikdə bir qaba qoyub, üzərinə 2 xörək qaşığı bal və sirkə əlavə edilir. Qarışım qapağı bağlı halda 1 həftə saxlanılır. Sonra bu dəmləmədən gündə 3 dəfə 30 qram olmaq şərti ilə yeməkdən qabaq qəbul edilir. Bu maddə bronxlarda və ağciyərlərdə olan bəlğəmin xaric olunmasına səbəb olur.

Əzgilnın Ziyanı

Əzgil mədə turşuluğu çox olan və mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən adamlara pis təsir edə bilir. Belə ki, həddindən artıq əzgil yemək xəstəliyin əlamətlərini artırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Əzgil" haqqında müzakirə