Bu qədim alman resepti qan damarlarını təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır və immuniteti yüksəldir

  • Müəllif: elnare
  • Tarix: 25 mart 2017
  • Baxış sayı: 6 094
  • 0 rəy

 Bu qədim alman resepti qan damarlarını təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır və immuniteti yüksəldir.
Orqanizmi həmişə tonusda saxlamaq və özünü yaxşı hiss etmək üçün təbii və sağlam qidalardan istifadə etmək lazımdır. Aşağıda resepti yazılan qədim alman eliksiri bunun üçün ən yaxşı vasitələrdən sayılır.
Gün ərzində bu limonlu sudan 1 ayda 1 stəkan içmək bütün qan damarlarını təmizləyir, qanda xolesterinin miqdarını azaldır. Eliksiri hər səhər acqarına içmək kifayətdir ki, qaraciyərin fəaliyyətini yaxşılaşdırsın və arterial təzyiqi normallaşdırsın.
Eliksirin xroniki yorğunluğu aradan qaldırmaq və depressiya əlamətlərini yox etmək kimi qabiliyyəti də vardır. Yaz aylarında avitaminozun hiss edildiyi dövrlərdə eliksir öz tərkibi ilə insanı gümrahlaşdırır.
Hazırlanması:
- Zəncəfil – 2 xörək qaşığı
- Sarımsaq – 4 diş
- Limon – 4 ədəd
- Su – 2 litr.
Limon qabığı ilə birlikdə xırda doğranır, sarımsaq, zəncəfillə birlikdə blenderdə üyüdülür. Qarışım qazana tökülür, üzərinə su əlavə edilib qaynadılır. Qaynadıqdan sonra soyudulur, süzülür və soyuducuda saxlanılır. Bu eliksirdən 3 həftə hər gün içilir, sonra 1 həftə fasilə verilir və yenidən təkrarlanır.
Eliksirlə müalicənin nəticəsi bir ay ərzində orqanizmdə öz faydasını həm çəkinin azalması, həm də ümumi vəziyyətin yaxşılaşmasında göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu qədim alman resepti qan damarlarını təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır və immuniteti yüksəldir" haqqında müzakirə