Çin və Yaponiya ənənələri arasında 10 fərq

  • Müəllif: elnare
  • Tarix: 4 yanvar 2017
  • Baxış sayı: 2 768
  • 0 rəy

Çin və Yaponiya ənənələri arasında 10 fərq.
Biz həmişə Çin və Yaponiya ölkələrini bir-birinə yaxın hesab etmişik. Hətta çoxlarımız, onların eyni xarakterə və adətlərə malik olduqlarını düşünürük. Amma bu belə deyil. Sizlərə bu iki ölkə arasında olan tam fərqli adətlərdən 10-u təqdim edirik.
1. Çinlilər evdə ayaqqabı ilə gəzirlər. Amma yaponlar nəinki evdə, hətta bəzən ofisdə, xəstəxanalarda ayaqqabını çıxarır və corabla gəzirlər. Onlarının fikrincə bu təmizliyə səbəb olur.
2. Çinlilər kiminləsə salamlaşanda və ya salamatlaşanda başlarını əyib təzim eləmirlər. Amma yaponlar kiminləsə telefonla belə danışdıqda baş əyir və bu adəti ehtiram olaraq qəbul edirlər. Yaponlar salamlaşdıqda başlarını 15*, hörmət əlnməti olararaq 30*, ən yüksək hörmət qoyduqlarına isə 45* önə doğru əyirlər.
3. Çinlilər bir-neçə dinə eyni vaxtda sitayiş edirlər. Amma yaponlar sintoistdirlər. Onlar ətrafdakı hər şeyin təbiətin, hətta daşın belə ruhu olduğuna inarırlar.
4. Çinlilərin savaş mədəniyyəti uşu və kunfudan (savaş mədəniyyəti) başlayır. Bu çin gimnastikasıdır. Bu gimnastika onların fikrincə ətrafda gözəl nə varsa onu əhatə edir və mahnı və klunariya ilə bitir.
Yaponlarda isə savaş mədəniyyəti dedikdə sumo, cüdo, aykido, karate, ciu-ciysu göz önünə gəlir. Belə ki, yaponlar tarixi döyüş növləri ilə məşğul olurlar. Bu döyüş növlərinin bir-nüçə növü hətta özünə hörmət tələb edir. Belə ki, bu döyüş növləri ilə məşğul olan adam üçün məğlub olmaq,  ölmək deməkdir. Hətta onların bəziləri döyüşü uduzduqda özlərinin öldürürlər.
5. Çinlilərin milli yeməkləri pekinsayağı ördək, dimsam, qızardılmış düyü, yüzillik yumurta və tısbağa şorbasıdır. Onların qidasında şirin, turş, acı, tünd dadlara üstünlük verilir.
Yaponlar isə ən çox suşi, pollı və sasimini milli yeməkləri hesab edirlər. Onlar ən çox dəniz məhsullarına üstünlük verirlər. Yapon aristokratının yemək süfrəsində 15-20 növ az miqdarda qida növü olur.
6. Çinlilər stulda otururlar. Onların yastıqları, mütəkkələri orta hündürlükdə olur.
Yaponlar isə yerdə dizi üstə otururlar. Onların inancına görə bu cür oturuş bir meditasiya üsuludur.
7. Çinlilərin milli geyimi sipao və xanfudur. Xanfunu həm kişilər, həm də qadınlar geyinir.
Yaponların isə milli geyimi kimano hesab edilir. Hər yaponun qarderobunda ən azı 2-3 kimano mütləq olur.
8. Çinlilər iynəbatırma üsulu ilə müalicə edirlər. Məsələn, Çində birinin qaraciyəri ağrısa, onun qulaq seyvanına iynə batırmaqla müalicə edirlər.
Yaponlar isə manual terapiyaya üstünlük verirlər. Onlar bir çox xəstəliklərin müalicəsində massajdan istifadə edirlər.
9. Çin mədəniyyətinin əsas surəti əjdaha hesab edilir. Onlar əjdahanın başının yerinə dəvə, maral, qartal və ya başqa heyvanların başının şəklini çəkirlər.
Yapon mədəniyyətinin əsas surəti isə sakura hesab edilir. Sakura ağacı Yaponiyanın simvoludur.
10. Qədin Çinin qəddar imteratoru Tsin Şixuyandi öz döyüşçülərini terrakt ordusu kimi öyrətmişdir, amma yapon döyüşçüləri samuray kimi öyrədilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Çin və Yaponiya ənənələri arasında 10 fərq" haqqında müzakirə